Azərbaycanda RÜSVAYÇILIQ! Kişi kişini cinsi əlaqə videosunu yayıb...

Azərbaycanda RÜSVAYÇILIQ! Kişi kişini cinsi əlaqə videosunu yayıb...Hədə-qorxu yoluyla pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Alqış Həsənov zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsilə onun xeyli miqdarda əmlakını əldə etmək qərarına gəlib.
Cinsi əlaqə
O, bu məqsədlə 2014-cü ilin iyul ayında tanışı Samir Mehdiyevlə (ad və soyad şərti verilib – red.) Bakı şəhəri, Qaraçuxur qəsəbəsi ərazisində görüşüb. O, tanışı ilə cinsi əlaqədə olub və bunu mobil telefona çəkib.
Şantaj
Alqış Həsənov həmin çəkilişi "CD" diskinə köçürüb və bununla bağlı Samir Mehdiyevə videoyazı olduğunu bildirib. O, Samiri həmin diski onun ailə üzvlərinə təqdim edəcəyi və internet şəbəkəsinin "Google" saytına yerləşdirəcəyi, bununla da haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
Təqsirləndirilən şəxs Samir Mehdiyevin bu çəkilişin yayılmaması üçün 9 min ABŞ dolları verməsini tələb edib. Samirə də həmin çəkilişin yayılmaması üçün deyilən məbləği Alqış Həsənova verib.
Qəbələ səfəri və ölüm təhdidi
Bundan başqa Alqış Həsənov 2014-cü ilin yay aylarında özünə məxsus "Nissan Patfainder" avtomobilində tanışı Samir Mehdiyevlə birlikdə Bakı şəhərindən Qəbələ rayonuna gedib.
Alqış Həsənov yolda maşını İsmayıllı rayonu ərazisində saxlayıb və avtomobil yolunun üzərində yerləşən "Nur" marketdən 1 ədəd bıçaq alıb. O, həmin bıçağı avtomaşının yanında və salonunda Samir Mehdiyevə göstərib. Samirlə mübahisə edən Alqış Həsənov ondan pul istəyib. Alqış Həsənov pulu vermədiyi halda Samir Mehdiyevə xəsarət yetirəcəyini və öldürəcəyini bildirib.
200 manatlıq şantaj
Daha sonra Alqış Həsənovla Samir Mehdiyev Qəbələ rayonuna çatıblar. Rayon ərazisində yerləşən "Qəbələ-Xanlar" restoranın həyətində qoyulmuş eyni stolun ətrafında oturan zaman Alqış Həsənov onu yenidən hədələyib.
O, bıçağı Samir Mehdiyevin qarın nahiyəsinə dirəyib, onu həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyilə hədələyib. Bununla da ondan 200 manat alıb.
Üç maddəli cinayət işi və 12 il cəza
Alqış Həsənov Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alqış Həsənov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5536   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart