Azərbaycanlı məşhur müğənnini təhqir etdilər - ''Eybəcərsən, pis gündəsən''

Azərbaycanlı məşhur müğənnini təhqir etdilər - ''Eybəcərsən, pis gündəsən''Əməkdar artist, müğənni Lalə Məmmədova sosial şəbəkə izləyiciləri tərəfindən təhqir olunub.

Onun izləyiciləri sənətçinin şəkillərinin altından ""Eybəcərsən", "qocalmısan", "nə gündəsən", "pis gündəsən""- deyə qıcıqdoğuran ifadələr yazıblar.

Sonxeber.az AzNews.az xəbər verir ki, Lalə Məmmədova onu eybəcər adlandıranlara cavab verib:

"Sözüm şəkillərimin altında "eybəcərsən, qocalmısan, nə gündəsən, pis gündəsən" deyənlərədir. Siz elə düşünün. Ancaq mən sizin bəyənmədiyiniz, eybəcər saydığınız üzü, gözü, donqarlı burnumu sevirəm. Çünki yaradan belə məsləhət gördü. Mən də onu və yaratdıqlarını sevdim. Deyirsiniz qocalmışam? Olsun, təki qocalmaq hamımıza nəsib olsun. Bu günə qədər yaşıma görə heç kompleks keçirmədim. Çünki yaşadığım illəri boşuna keçirmədim. Bu illər ərzində 2 beynəlxalq müsabiqə laureatı oldum, 2 ali təhsil aldım. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda elmi iş yazdım, "Filologiya üzrə fəlsəfə doktoru" adını qazandım. 15 ildir ki, Milli Konservatoriyanın İctimai Elmlər kafedrasının baş müəllimi olaraq tələbələrə ingilis-dili fənnindən dərs deyirəm. Opera və Balet Teatrında "Leyli və Məcnun", "Aşıq Qərib" kimi məsuliyyətli operalarda baş rolları ifa etdim. Bu sadaladıqlarmın içərisində tanrının mənə ən böyük hədiyyəsi övladlarım oldu."

Lalə Məmmədova ünvanına yazılan təhqirli ifadələrdən övladlarının xəbərdar olduğunu deyib:

"Sizi dünyaya gətirib min bir əziyyətlə böyüdüb, boya-başa çatdıran analar kimi mən də bir anayam. Heç düşündünüzmü bu haqda? Axı mənim övladım yazılarınızı oxuyur. Siz öz ananızı pak, müqəddəs gördüyünüz kimi o, da anasını belə çirkin sözlərdən uzaq, ən gözəl, ən saf və mərhəmətli qadın kimi görür. Qəlbə dəyən sözlər yazmağa sərf etdiyiniz vaxtı, qəlbinizi, gözlərinizi pisliklərdən təmizləməyə sərf edin. İnsanın zahirinə deyil, daxilinə, keçdiyi həyat yoluna nəzər salın, sonra qələminizi işə salın. Ən əsası həyatı sevin, mən sevdiyim kimi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3461   Tarix: 15 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artistinin oğlu atasının evini satıb: "Orada yaşaya bilmədik"

"Anamın səhhəti ağır olaraq qalır. Evdə müalicə alır. Xəstəliyinə görə gözləri tamam zəifləyib. Həm qaraciyər, həm də insult xəstəliyi bir-birinə qarışıb. Səhərə kimi yatmırıq. Allahdan ümidimizi üzmürük. Allah bütün xəstələrə şəfa versin. Sosial şəbəkədəki rəyləri oxuyuram, hamı ailəmiz üçün du

7 aprel
.

Safurə həyat yoldaşı ilə Dohada - Video+Fotolar

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Axşam.az xəbər verir ki, müğənni Dohada lentə aldığı görüntüləri sosial medi hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevi

12 aprel
.

"Mən indi Xalq artisti olmalıydım"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:. "Yuxusuz gecələrimə heyfslənirəm

7 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Bred Colinin ittihamlarına cavab verdi

Hollivud ulduzları Bred Pittlə Ancelina Coli arasındakı qalmaqal bitmək bilmir. Axşam.az xəbər verir ki, boşanmalarından 8 il keçən aktyorlar illərdir məhkəmələrdə qalıb. Bu dəfə isə Coli illərlə Bred tərəfindən şiddətə məruz qaldığını açıqlayıb. Bred vəkilləri vasitəsilə Ancelinanın ona qarşı yeni ittihamların

8 aprel
.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel