"Bir oğlanla intim mesajlarını gördüm, mənə qeyrətsiz kimi baxacaqdılar" - anasını öldürən Maarif

"Bir oğlanla intim mesajlarını gördüm, mənə qeyrətsiz kimi baxacaqdılar" - anasını öldürən MaarifAnasını namus üstündə qətlə yetirməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən ona qarşı verilən ittihamlar üzrə özünü tam təqsirli bildiyini deyib.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, ailəsi ilə birlikdə Zabrat qəsəbəsində yaşayıb: "Ailədə məndən başqa iki bacım və 1 qardaşım var. Hamımız bir otaqlı evdə yaşayırdıq. Babam Maarif də həmin binada başqa evdə qalırdı. Mən də günümün çox hissəsini elə babamgildə keçirirdim. Anam və atam 1997-ci ildə ailə qurublar. Bildiyim qədəri ilə anamın atama qarşı istəyi olmayıb və könülsüz olaraq evlənib. Atam və anam bir-biri ilə dolanmırdılar. Anam atama maddi çətinliklə bağlı irad tuturdu. Atam həm də spirtli içki çox içdiyindən həmişə evdə sör-söhbət olurdu. Bir neçə dəfə anam atamdan küsərək bacılarımı da götürüb öz bacısıgilə getmişdi. Sonra barışdılar".

17 yaşlı gənc qeyd edib ki, bir müddət sonra atası anasını qısqanmağa başlayıb: "Anam cavan qızlar kimi geyinməyə başlamışdı. Atam da anamın dar şalvar geyinməsinə etiraz edirdi. Anam son vaxtlar lap dəyişmişdi. Bütün günü telefonla oynayırdı. Bundan artıq mən də şübhələnməyə başlamışdım. Onun xəbəri olmadan telefonundakı "WhatsApp" proqramını özümün nömrəmə yönləndirdim. Bununla da ona gələn bütün mesajları oxuya bilirdim. Bu vaxt anamın bir gənc oğlanla yazışdığının, bir-birlərinə intim məzmunlu mesajlar göndərdiyinin şahidi oldum. Özümü itirdim, heç-kimə heç nə demədim, gedib məsciddə yatdım".

Maarif Əliyev deyib ki, 3-4 gün məsələni ailə üzvlərinə, həmçinin bibilərinə danışıb: "Həmin vaxt öyrəndim ki, rəhmətə gedən dayım Şahin də anamın bu əməllərindən xəbərdar olub və onun telefonunu əlindən alaraq nömrəsini sındırıb. Həmin ərəfədə anam atamdan boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermişdi. Anamın bu əməllərindən, yəni evli, 4 uşaq anası olduğu halda başqa oğlanlarla danışmasından, intim məzmunlu mesajlar göndərməsindən utanırdım.. Artıq dostlarım, tanışlarım içərisində də anamın adı pis hallanmağa başlanmışdı. Anamın pozğun əməllərini dolayı yolla onun üzünə vururdum. Artıq özümü çox pis hiss edirdim, alçalmış biri kimi. Camaatın mənə qeyrətsiz kimi baxmasından çox qorxurdum".

2000-ci il təvəllüdü gənc bildirib ki, 2016-cı ilin dekabr ayının 17-dən 18-ə keçən gecə evdə yatdıqları vaxt anasının telefonda kiminləsə səssizcə danışdığını eşidib: "Kiməsə "səni sevirəm, səni istəyirəm" deyirdi. Həmin vaxt özümü yuxuluğa vuraraq anama qulaq asıb onun bir daha nalayiq hərəkətlər edib-etməməsini dəqiqləşdirmək istəyirdim. Bu səhnəni gördükdə anamın pozğunluq etdiyinə əmin oldum. Onu öldürmək qərarına gəldim. Artıq dözə bilmirdim. Səhər açılan kimi anamın yanına getdim. Axşam danışdıqlarını eşitdiyimi və buna son qoymasını istədim. O isə "yaxşı eləyirəm, özüm bilərəm" dedi. Anamın həmin cavabı məni lap özümdən çıxartdı. Onun pozğun əməllərindən utandığımdan, həmyaşıdlarım arasında biabır olduğumdan namusunu təmizləmək üçün onu öldürməyi qətiləşdirdim".

Hadisə günündən danışan Maarif Əliyev istintaqa deyib ki, anasını öldürmək üçün yatmasını gözləyib: "Anam və bacılarım axşam babamgilə getmişdilər. Gələndə anam yenə telefonla oynamağa başladı. Babamın 16 kalibrli qoşalülə ov tüfəngi vardı. Yerini bilirdim. Babam onu yağlayanda görmüşdüm. Patronlar da həmişə darağın içərisində, tüfəngin yanında olurdu. Tüfəngi götürdüm. Daraqdan iki ədəd patron götürüb tüfəngə doldurdum. O vaxta qədər heç vaxt tüfəngdən atəş açmamışdım. Tüfəngi əlimə alıb otağa keçdim. Anam divanda uzanmışdı. Qucağında balaca bacım Nisə vardı. Nisəni əmizdirəndən sonra bacım anamın qucağında yatmışdı. Tüfəngin tətiyini çəkməmişdən qabaq əsas fikrim anamı öldürmək idi. Lakin həmin anda Nisənin də xəsarət ala biləcəyini düşünməmişdim. Tətiyi çəkdim. Anamın kəlləsi parçalandı. Tüfəngin səsindən və anamın o vəziyyətdə görüb qorxdum. Silahı elə otaqda qoyub çölə çıxdım. Artıq anam ölmüşdü".

Təqsirləndirilən şəxs bu cinayəti törətməyə onu heç kim təhrik etmədiyini deyib: "Heç kim mənə heç nə deməyib, nə də yardım edən olmayıb. Anamın namussuzluq etməyini həzm edə bilmirdim. Ona görə də onu qətlə yetirmişəm".

Keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4261   Tarix: 16 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel