Məşhur iş adamının oğlunun törətdiyi qəza yenidən gündəmdə - ŞOK DETAL

Məşhur iş adamının oğlunun törətdiyi qəza yenidən gündəmdə - ŞOK DETALYerli KİV-də "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.
Sonxeber.az oxu.az-a istinadən bildirir ki, sözügedən hadisə 2014-cü ildə "Memar Əcəmi" metro stansiyasının yaxınlığında baş verib.

Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı "Mercedes GL" markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub.

E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

Milli.Az criminalaz.com-a istinadən bildirir ki, iş üzrə araşdırma Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılıb. Lakin məlum olmayan səbəblərdən, biznesmenin oğlu barəsində heç bir ölçü götürülməyib.

Maraqlısı odur ki, bir neçə gün əvvəl vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü avtobusun sürücüsü 1981-ci il təvəllüdlü Sənan Səmədov "Xaliq Faiqoğlu" şirkətinin işçisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov bu hadisədən sonra vəzifəsindən azad olunub.

Bundan əlavə, Faiq Seyidovun adı həmçinin "Safastore" mağazasının qarşısında "Riyad" mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb.

Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.

Azadxan Xanməmmədovun həyat yoldaşı Əsmər Fətullayeva mətbuata açıqlamasında bildirib ki, Binəqədi rayonu, M.Cəlal küçəsi 1D ünvanında yerləşən, təxminən 2000 kv.m həcmində qeyri-yaşayış sahəsi ərinin mülkiyyətindədir.

"Həmin qeyri-yaşayış sahəsinın bir hissəsi 5 ildir ki, zəbt olunaraq "Safastore" adı altında supermarket açılıb. Tamamilə qanunsuz olaraq, mülkiyyətimizə müdaxilə edilib. Həmin əmlakların bu günə kimi nə dəyəri ödənilib, nə də bizə icarə haqqı veriblər. Bununla bağlı həyat yoldaşım 5 ildir ki, zəbt olunmuş qanuni mülkiyyətimizin boşaldılmasına çalışır. Qanunla, xahiş-minnətlə buna cəhd edir. Ancaq "Safastore" mağazasının sahibi Faiq Seyidov nə qanunlara tabe olur, nə də xahiş eşidir", - Ə.Fətullayeva deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3056   Tarix: 16 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində Südçülük Sovxozu deyilən ərazidə baş verib. 28 yaşlı Tağıyev Turqut Rafiq oğlu səhər saat 7 radələrində yaşadığı evdə özünü asıb. İntiharın səbəbi isə məlum deyil. Araşdırma aparılır

13 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel
.

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşlar

13 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Zaqatalada avtomobil iki gənci vurub

Zaqatalada 18 və 16 yaşlı iki gənci avtomobil vurub. APA-nın məlumatına görə, rayonun Bəhmətli kənd sakinləri olan 2006-cı il təvəllüdlü Elvin Əziz oğlu Orucov və 2008-ci il təvəllüdlü Yusif Zaman oğlu Zamanlı bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasın

7 aprel
.

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildiri

13 aprel
.

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən ikinci şəxs də həbs edilib

Məhkəmənin qərarı ilə "Roşka" ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib. "Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. *. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edə

11 aprel