Benzinin bahalaşması kənd məhsullarının qiymətinə necə təsir edəcək? - AÇIQLAMA

Benzinin bahalaşması kənd məhsullarının qiymətinə necə təsir edəcək? - AÇIQLAMAAzərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artması kənd təsərrüfatı məhsullarının öz qiymətinin qalxmasına səbəb olmayacaq.

Sonxeber.azTrend-ə istinadən məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir: "Aİ-92 markalı benzin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmir. Buna görə də, qeyd edilən markalı benzinin qiymətinin qalxması kənd təsərrüfatı mallarının istehsalına və qiymətlərinə heç bir formada təsir edə bilməz".

Tarif şurasının katibinin sözlərinə əsasən, dəyişiklik, həmçinin, sərnişin və yükdaşıma nəqliyyat vasitələrinə də təsir etməyəcək:

"İctimai nəqliyyat vasitələri sırasında, yəni avtobuslarda, həmçinin dəniz nəqliyyat vasitələri ilə sərnişin və yük daşıma üsullarında üstünlük təşkil edən yanacaq növü dizeldir, bəziləri isə maye qazdan istifadə edir. Bu halı Aİ-92 benzini əvəzinə reaktiv yanacaqdan istifadə edən hava nəqliyyat vasitələrinə də şamil etmək olar. Göründüyü kimi, yük və sərnişin daşıma vasitələrinin əsas yanacaq növləri dizel, aviabenzin, sıxılmış və maye qaz olduğundan, benzinin qiymətinin qalxması onlara təsir etməyəcək".

İ.Məcidovun sözlərinə görə, dəyişiklik fərdi taksi xidmətlərinin qiymətlərində dəyişikliyə səbəb ola bilər, lakin yenə də, artım çox cüzi olacaq:

"Taksi xidmətində çalışan sürücülərin çoxu dizel yanacağından istifadə edir. Lakin hətta onlar Aİ-92 markalı benzindən istifadə etsələr də belə, hər 100 km yola 10 litr benzin sərf edirdilərsə xərcləri hər km üçün 0.02 manat 10 km yol üçün isə 0.2 manat miqdarında artır. Bu sahə üzrə rəqabətlik yetərincə yüksək səviyyədədir, odur ki, hansısa şirkət əsassız şəkildə qiymət qaldırdığı halda müştəri bazasını itirəcək. 2013-cü ildə dizel yanacağının qiyməti qalxdıqda bir çox taksi xidmətləri qiymətləri qaldırdı, lakin bir müddət keçdikdən sonra yüksək rəqabətlilik üzündən yenidən aşağı salmaq məcburiyyətində oldular. Nəticə etibarı ilə, hal-hazırda ölkədə taksi xidmətlərinin qiyməti 2013-cü ildən aşağıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2746   Tarix: 16 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Azərbaycan banklarının xalis mənfəəti 313 milyon manata çatıb

2024-cü il aprel ayının 1-nə Azərbaycan bank sektorunun xalis mənfəəti 312,7 milyon manat təşkil edib. APA xəbər verir ki, bu 2024-cü ilin əvvəli ilə müqayisədə 16,7% və ya 44,8 milyon manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 267,9 milyon manat təşkil edib. Bu ilin ilk rübündə sektorun əməliyya

20 aprel