Vüsalədən ayrılan Azər: "İkiüzlülük ortaya çıxardım"

Vüsalədən ayrılan Azər: "İkiüzlülük ortaya çıxardım""Əvvəl deyirdilər "Yoxlama" plagiatdır. Bu, dünya layihəsidir. Lisenziyasını almışıq".

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Azər Zahid "V element" verilişində deyib.

O, "Verilişə görə başınız çox ağrıyıb" sualına belə cavab verib:

"Başağrısı yox, xalqımızı maarifləndirmişik. Çoxları İnstaqramda yazır ki, gəlib sizin evinizə baxardıq, görək necədir. Əgər bir məkana gün ərizndə üç-beş adam daxil olursa, bu ictimai yerdir. Hərdən dostlarım zəng edir ki, hara gedək, filan yer təmizdir? Bunu zarafat kimi qəbul edirəm".

Azər çəkiliş zamanı ona rüşvət edənlərin də çox olduğunu bildirib:

"O qədər rüşvətlə məni susdurmaq istəyənlər olub ki... İmtina etmişəm və demişəm ki, bunu yayımlayacam. Onu efirə vermişəm".

"Maşın" şounun iştirakçılarından olan A.Zahid orada yer alanları ikiüzlü adlandırıb:

"Orada çoxlarında ikiüzlülük ortaya çıxardım. Sosial şəbəkədə özünü yuxarıdan aparıb, böyük danışanları kəşf etdim. Hamısı dovşanlardır".

Şou-biznes   Baxılıb: 3458   Tarix: 16 iyul 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az