Qalmaqallı şoumen Muradla bağlı elə xəbər yayıldı ki...

Qalmaqallı şoumen Muradla bağlı elə xəbər yayıldı ki...Əməkdar artist Murad Dadaşovun "Maşın" realiti-şousu yenidən başlayır.

Sonxeber.az - ın axşam.az-a istinadən məlumatına görə, şoumen bu haqda özü xəbər verib.

"Davam, ya tamam" layihəsi ilə "Maşın"ı müqayisə edən M.Dadaşov bunları bildirib:

"Davam, ya tamam" çox doğma və əzizdir. Dünya standartlarına uyğundur. Sabah deyə biləcəyik ki, biz lissenziyalı layihə etdik. Mən istədiyim layihədir. "Maşın" isə tamaşaçının şousudur. O birindən çox baxılır. Amma "Davam, ya tamam"da hamı pul qazanır. Bu birində yox. Özüm də inanmırdım ki, bu dəfəki oyun daha maraqlı olacaq. Mənə elə gəlir ki, bu şou bizim haqqımızdadır. Həyatda bu cür hadisələrlə nə qədər üzləşirik. Nə qədər dostumuz bizi satır. Televiziya yayım platformasını itirib. Sonuncu tamaşaçıları yığırıq. İnsanlar 2 il fasilədən sonra darıxmışdı şou üçün. Bu dəfə maliyyə problemlərimiz yarandı, "Maşın"a gec başladıq. Amma maraqlı insanlar ortaya çıxdı. "Maşın"ın 15-ci sürəti ilə tezliklə gələcəyik".

Şou-biznes   Baxılıb: 2050   Tarix: 17 iyul 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az