Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKT

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKTAzərbaycanın ucqarından gəlib Bakıda estrada ulduzuna çevrilən Tünzalə Ağayeva deyəsən keçmişini unutmaq qərarına gəlib. Bir qədər əvvəl kübar məslislərin birində, xanım Ağayeva bildirib ki, sənətə gəlməyində ancaq özünə və atasına borcludur. "Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb".

Amma Tünzalənin sənətkarı artıq tanımaq istəmədiyini desə də, bir məqamı unudub. Söhbət onun 2001-ci ildə çıxardığı albomdan gedir.

"Əslində "Sevdi can səni" albomunu belə o təkcə çıxarmayıb. Və çıxara da bilməzdi. Gərayzadə və daha bir hamisi iş adamı Musa Süleymanovun dəstəyi ilə ərsəyə gələn bu albomdakı qeydləri Tünzalə xanımın yadından çıxmalı deyildi. Bu məqamlara aşağıda qayıdacağıq. Bir yandan da əməkdar artistin atasının bir qədər əvvəl dedikləri də Tünzalə xanımın vaxtıyla dedikləri ilə üst-üstə düşmür. Vəən maraqlısı odur ki, Tünzalə xanım fotoda gördüyünüz albomu, daha doğrusu onun üz qabığını hər yerdən yığışdırıb.
Amma...

"Qızımın bütün uğurları üçün mən əziyyət çəkmişəm. KAMAZ markalı maşınımı satıb onu səhnəyə gəlişinə yardımçı olmuşam. Ona heç kim kömək etməyib".
Bu sözləri də əməkdar artist Tünzalə Ağayevanın atası Qabil Ağayev bir qədər əvvəl bəyan edib. Amma Azərbaycanda çox adama bəllidir ki, əsil həqiqət belə deyil. Böyük əksəriyyət bilir ki, Tünzalə Ağayevaya kimlər mənəvi dəstək verib, kimlər onun böyük səhnəyə çıxması üçün böyük pullar xərcləyib. Bəlkə də Tünzalə xanım bunları unudub, amma əlahəzrət fakt sox şeyi deyir.
Bu da fakt. Tünzalə xanımın ilk albomunun üz qabığı. 2012-ci ildə "Səbuhi" studiyası tərəfindən buraxılan və müğənninin ilk albomu "Sevdi can səni" adlanıb. Həmin albomun üz qabığında Tovuzda heç kimin tanımadığı piano müəlliməsi Tünzalə Ağayevanın qeydləri yer alıb. Sitat:

"1976-cı ildə Tovuzda bir-birinə qovuşmuş müəllim və fəhlə ailəsində mən, Tünzalə anadan olmuşam. Bu adı mənə ata babam verib. Tünzalə adının mənası "güzəştə getmək" deməkdir və yəqin ki, onlar bu mənaya uyğun olaraq həyat yolumu daşımağı mənə arzulayıblar. Ailədə ilk övlad mənəm, sonra iki qardaşım. Rayonumuzun böyük məktəblərindən birində, N.Tusi adına orta məktəbin rus bölməsində təhsil almışam. Musiqi aləminə gəlişim lap kiçik yaşlarımdan Tovuzun Aşıq Əsəd Rzayev adına 7 illik uşaq musiqi məktəbinin "F-no" sinfindən başladı. Həmin illər ərzində mən klassik poeziyamızdan, Azərbaycan dilinin gözəlliyindən ilham alıb mahnılar, melodiyalar yaratmağa cəhd göstərmişəm. İlk mahnım məktəb illərində S.Vurğunun gözəl bir şeirinə yazılmış "Sən o deyilsən" mahnısıdır. Beləcə zaman keçir mən mahnılar yazıram, özüm də onları ifa edirəm. Təhsilimi Gəncədəki Q.Hüseynli adına musiqi texnikumunda yenə də "F-no" fakültəsinin qiyabi şöbəsində davam etdirdim. Rayonumuzun musiqi məktəbində müəllimə işlədim. Texnikumda oxuyarkən müəllimlərim mənə təhsilimi Musiqi Akademiyasında davam etdirməyi məsləhət gördülər. Akademiyanın bəstəkarlıq fakültəsinə daxil oldum, lakin maliyyə problemlərinə görə oranı bitirmək qismət olmadı, yəqin ki, bu da bir alın yazısıdır. 1998-ci ildə ana oldum, Fidan adlı qızım dünyaya göz açdı. Ailə qayğılarına baxmayaraq musiqi eşqi məni tərk etmədi, əksinə daha da ruhlandırdı... Və bu gün mən artıq professional səhnəyə ilk addımlarımı qoyuram. Və Tovuzdan gəlmiş Tünzalənin ən böyük arzusu öz mahnıları ilə xalqının kiçik də olsa rəğbətini qazanmaqdır".

Və əyalət Tovuzdan sıradan bir musiqi müəlliməsi Bakıya gəlir. Bəs onu oradan kim gətirib dövrün görkəmli bəstəkarı Vaqif Gərayzadəylə tanış edir?

Hələ ki Vaqif Gərayzadənin fikirlərinə nəzər salaq?

"Tünzalə gözəl musiqiçidir. İstedadlı bəstəkardır. Musiqi qavrayışı olduqca yüksəkdir. Özünəməxsus ifa tərzi və geniş diapazonlu, orijinal səs tembri məni cəlb etdi. Tünzalə yaxın gələcəkdə populyar ifaçı kimi tanınacaq və pop musiqisinə yeni nəfəs gətirəcək. Onun "Bakı payızı" müsabiqəsində I yerə layiq görülməsi bunu bir daha sübut edir. Mən buna inanıram və ürəkdən arzulayıram. Sənə müvəffəqiyyət və yaradıcılıq, işlərində uğurlar".

Hə, baxmayaraq ki, Tünzalə xanım indi az qala Vaqif müəllimin xidmətlərini unudur, amma bu hələ harasıdır. İndi onun digər fikirlərinə də nəzərə salaq. Bu qeydlər də faktdır, albomun üz qabığında yer alıb.

"Uşaqlıqdan Vaqif Gərayzadə musiqisinin böyük pərəstişkarlarından biriyəm. Rayonumuzda yaşayarkən təsəvvür etməzdim ki, nə vaxtsa bəstəkarımızla görüşüb yaxından tanış olacam. Xoşbəxtəm ki, belə fürsət mənə nəsib oldu. Çünki vurğunu olduğum musiqinin yaradıcısı, gözəl insan, sevimli bəstəkarımız Vaqif Gərayzadə ilə tanışlıq, onunla birgə işləmək, onun məsləhətlərini dinləmək mənim üçün böyük şərəfdir. Məhz Musa müəllimin təşəbbüsü ilə mən gözəl bəstəkar Vaqif Gərayzadə ilə tanış dolum və biz bu albom üzərində birgə çalışdıq. Xüsusilə onu da qeyd etmək istərdim ki, mənim istedadımı kəşf edən, rayon həyatından qoparıb tam əks bir aləmə, şəhər həyatına gətirən, məni özümə inandıran Musa Süleymanovdur. Öz növbəmdə mən üzərimdə çalışmaqla, nailiyyətlər əldə etməklə, dinləyici sevgisi qazanmaqla onun etimadını doğrultmağını arzulayıram. Bu albomun yaradıcısı Musa Süleymanova ailəmin və tovuzluların adından dərin minnətdarlığımı bildirirəm. Tanrı həmişə Sizə və ailənizə kömək olsun, Musa müəllim!".

Bax belə, hər şey aydın oldumu? Bu gün Tünzalə xanım populyardır, əməkdar artistdir, hətta şəxsi biznesi belə var. Amma onu bu səhnəyə, bu mərtəbəyə yönəldənləri isə sanki tanımaq istəmir. Amma unudur ki, necə deyərlər əlyazmalar yanmır. Vaqif Gərayzadəni, özü demişkən, istedadını kəşf edən, rayon həyatından qoparıb tam əks bir aləmə, şəhər həyatına gətirən, onu özünə inandıran Musa Süleymanovu unutmaq olarmı" desə də, görünür bu məqamı doğrudan da unudub...Amma bir haqq, ədalət deyilən bir məfhum da var axı. Bir də ilahi ədalət və əlahəzrət fakt.

Yazı müəllifindir/Səbuhi Məmmədli

Tünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKTTünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKTTünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKTTünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKTTünzalə Ağayeva keçmişini niyə unudur: Onu Tovuzdan Bakıya kim gətirib?- FOTOFAKT


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 7011   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021