Bakıda RÜSVAYÇILIQ! Qonaqlıqda yeyib-içdi, sonra qohumunun arvadının yataq otağına girdi və...
Bakıda qohumuna qarşı quldurluq etməkdə təqsirli bilinən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Səbuhi Həmidov 2017-ci ilin mart ayında qohumu və qonşusu olan Habil Sultanovun dəvəti ilə onun evinə gəlib. Onlar birlikdə spirtli içki qəbul edib, sonra yuxuya gediblər.
Daha sonra Səbuhi Həmidov evdən qızıl və pul oğurlamaq istəyib. Bu məqsədlə o, qohumu Habil Sultanovun həyat yoldaşı Sahibə Mirzəyevanın yataq otağına girərək oradan qızılları götürmək istəyib.
Səsə ayılan Sahibə Mirzəyeva evindəki qonaq tərəfindən zorakılığa məruz qalıb. Səbuhi Həmidov evin sahibəsini ağızını əli ilə tutaraq onu qışqırmağa qoymayıb. O, qadından səs salmamasını tələb edib. Əks halda onu və uşaqlarını öldürəcəyini deyib.
Səs-küyə Habil Sultanov da oyanıb və Səbuhi Həmidov məqsədinə çatmadan evdən qaçıb.
İstintaq orqanı Səbuhi Həmidovu Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsilə bağlı olan basqın) maddəsi ilə ittiham edib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.
Səbuhi Həmidov əməlindən peşman olduğunu, içkili halda belə bur əməl törətdiyinu deyib. O, quldurluq etmək məqsədinin olmadığını bildirib: "İçkili idim, qızılları götürmək istədim. Ev sahibi oyananda özümü itirdim. Məhkəmədən ədalətli qərar verəcəyini, məni bağışlayacağını gözləyirəm".
Müşavirdən sonra hakimlər hökm elan edib. Məhkəmənin hökmü ilə Səbuhi Həmidovun ittiham olunduğu Cinayət Məcəlləsinin 181.1-ci maddəsi həmin məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.
Səbuhi Həmidovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 1 il 6 ay müddətinə şərti cəza alıb.
Məhkəmə Səbuhi Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 5982 Tarix: 18 iyul 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGöygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü
Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı
1 sentyabr 2021Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli
Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm
12 sentyabr 2021Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı
Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl
13 sentyabr 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021Azərbaycanda oğul atasını baltayla öldürdü
2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind
1 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021