Son dəqiqə! İlham Əliyev Ermənistana mesaj verdi

Son dəqiqə! İlham Əliyev Ermənistana mesaj verdi"Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki çıxışında deyib.
"Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik", - dövlət başçısı vurğulayıb.
O deyib ki, bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır: "Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin".

Mənbə: report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 6065   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021