RƏZALƏT! Azərbaycanda ər arvadını zorla əxlaqsızlıq yuvasına apardı ki... - ŞOK

RƏZALƏT! Azərbaycanda ər arvadını zorla əxlaqsızlıq yuvasına apardı ki... - ŞOKDələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib.

Elmar Paşayev bildirib ki, Bənövşə Süleymanova ilə birgə nikahı dövründə kafe alıb və həmin kafeni işlədib: "Mən əvvəllər də bizneslə məşğul olmuşam. Yəni, Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxumağa başlayan dövrdən işləmişəm. Həm oxumuşam, həm də işləmişəm. Ailədə həmişə gəlir gətirən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb".

Təqsirləndirilən Bənövşə Süleymanova keçmiş ərinə etiraz edib. O, bildirib ki, vətəndaşlardan aldığı pulları Elmara verib: "Elmar da həmin pullar hesabına özünə kafelər alıb, ailəsini dolandırıb, bu yolla varlanıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, əri onu əxlaqsızlıq yuvalarına aparıb: "Həmin əxlaqsızlıq yuvalarından birinin adını deyə bilərəm. Bu, Əhmədli qəsəbəsindəki "Maral" oteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişi də arvadını əxlaqsızlıq yuvasına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin oteldə olmağımızla bağlı səs yazılarımız, oteldə qeydiyyat dəftərində qeydiyyatımız var".

Elmar Paşayev keçmiş həyat yoldaşının yalan danışdığını, onu heç vaxt otellərə aparmadığını deyib. O, bildirib ki, birgə nikahları dövründə Bənövşni dəniz kənarına aparıb: "Burada da pis heç nə yoxdur. Dəniz kənarına gəzməyə getmişik".

Bənövşə Süleymanova əlavə edib ki, əri onu dəlixanaya salıb və dəlilik adı ilə boşayıb: "Məni dəlixanaya salandan sonra məhkəmənin qərarı ilə boşandı. Məni dəli kimi qələmə verdi, uşaqlarımı da öz himayəsinə götürdü".

Bənövşə Süleymanova deyib ki, vətəndaşlardan topladığı pulları Elmara verib: "Elmar mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Amma onun adını hallandırmamağımı istəyirdi. Sonra məni dəlixanaya saldı. Mən Maştağada dəlixanada olanda vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlar da puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib".

Elmar Paşayev qeyd edib ki, Bənövşə Süleymanovanın vətəndaşlardan aldığı pullardan ona heç nə çatmayıb.

Növbəti proses iyulun 27-də davam edəcək.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Mənbə:Teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6033   Tarix: 21 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021