Prezident Pirallahıda açılışlar etdi - Yenilənib

Prezident Pirallahıda açılışlar etdi - YenilənibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd" kompleksində yaradılan şəraitlə tanış olub.

Sonxeber.az AzVision.az-a istinadən məlumatına görə,rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda görülən işlər və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, "Nərəkənd" kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada balıqçılar tərəfindən dənizdə tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - balıq bazarı yaradılıb. Bu məntəqə dörd pavilyondan ibarətdir. Pavilyonlarda balığın satışı və saxlanması üçün lazımi şərait yaradılıb və müvafiq avadanlıq qurulub. Bundan başqa, kompleksdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin "Dənizçi" İdman Klubunun yaradılması və yelkənli qayıqlarla üzmənin təşkil olunması nəzərdə tutulub.

Bildirildi ki, kompleksin ətrafındakı ərazi yaşıllaşdırılıb, sahil zonası abadlaşdırılıb. Burada park salınıb, əhalinin istirahəti üçün yüksək şərait yaradılıb. Parkda oyun və idman meydançaları, uşaq guşəsi, sinema-kafe və digər istirahət obyektləri mövcuddur. İndi Pirallahı rayonunun simasının mühüm elementinə çevrilən bu parkda yaradılan şərait bir daha təsdiqləyir ki, əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkil olunması, onların sosial tələbatının nəzərə alınması hər zaman diqqət mərkəzindədir və bununla bağlı ardıcıl tədbirlər görülür.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon ictimaiyyəti adından çıxış edən Ülkər Şirinova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonra Azərbaycan Prezidenti "Pirallahı qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Bildirildi ki, qəsəbənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsi Pirallahı qəsəbəsinin sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradıb. Pirallahı rayonunun Pirallahı, Gürgan və Xəzər rayonunun Zirə, Türkan qəsəbələrinin dayanıqlı su təchizatı üçün 10 min kubmetr tutumu olan Zirə su anbarı tikilib. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni yol ötürücüsünün tikintisi ilə əlaqədar Zirə-Pirallahı magistral su xəttinin körpü ərazisinə düşən hissəsi yenidən qurulub. Gəmilərin maneəsiz hərəkəti üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi konstruksiyalı keçid quraşdırılıb, yeni su və kanalizasiya xətləri onun üzərindən çəkilib. Layihə çərçivəsində Pirallahı qəsəbəsində 65 kilometr uzunluğunda yeni paylayıcı su şəbəkəsi inşa olunub, eyni zamanda, çoxmənzilli 35 yaşayış binasının daxili su təchizatı sistemləri yenidən qurulub. Zirə-Pirallahı xəttindən Gürgan qəsəbəsinin sakinləri də içməli su ilə təmin ediliblər. Hazırda Pirallahı və Gürgan qəsəbələrinin sakinləri 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunurlar.

Qeyd edildi ki, Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılıb. Bu layihənin icrasına qədər isə Zirə quyu zonasından qəsəbəyə həftədə cəmi bir gün olmaqla qrafik əsasında su verilirdi. Pirallahı qəsəbəsinin sakinləri içməli suya olan tələbatını maşınlarla daşınan su hesabına təmin edirdilər. Prezident İlham Əliyev Pirallahı rayonuna təmiz içməli suyun verilməsini bildirən düyməni basdı. Sonda xatirə şəkli çəkdirildi. Sakinlər Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpünün inşasına görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Pirallahı" günəş elektrik stansiyasının açılışında iştirak edib. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlət başçısına "Pirallahı" günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir.

Eyni zamanda prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov prezident İlham Əliyevə Pirallahı qəsəbəsinin baş planı haqqında ətraflı məlumat verib. Bildirildi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılan ərazidə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binaların inşası davam etdirilir. Səməd Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılan sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb. Rayonda müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanıb. Artıq Rayon Polis Şöbəsinin müasir binası istifadəyə verilib. Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə yeni dənizkənarı bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Məlumat verildi ki, Pirallahı qəsəbəsinin müfəssəl planlaşdırma layihəsinin 2033-cü ilədək həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, qəsəbədə 35 min sakinin məskunlaşması mümkün olacaq. Burada ümummilli lider Heydər Əliyevin həm "Neft daşları"na, həm də Pirallahıya səfərlərini əks etdirən fotostend də var. Belə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə - 1979-cu ildə Pirallahı qəsəbəsinə də gəlib və buradakı bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub.

Qeyd edildi ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Mərkəzi yol boyunca müxtəlif landşaft kompozisiyaları düzəldilib, torpaq tökülərək yamaclar, təpələr qurulub, hamarlanma işləri aparılıb, qaya daşları, gül və kol bitkiləri ilə bəzədilib. Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan ibarət olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahil boyu ən əlverişli yerləri ayrılmaq şərti ilə həmin ərazilərdə dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, kütləvi çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubu yaradılması üçün əlverişli şərait var. Yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır. Turizmin inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyi Pirallahı, Gürgan və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Pirallahı rayonunda "Nərəkənd" layihəsi çərçivəsində yaradılacaq "CMS Properties" MMC-nin balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermaların təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına müəssisə barədə məlumat verildi. Bildirildi ki, qapalı tipli fermada ildə 75 ton rus nərəsinin və 25 ton çökə ətinin, habelə 4 ton kürünün istehsalı nəzərdə tutulub. Həmin fermada dənizdən nəql olunan su süzgəcdən keçirilərək duruldulacaq, duzluluğu müvafiq səviyyəyə çatdırılacaq və qapalı sistemdə təkrar istifadə ediləcək. İlkin mərhələdə kompleksin fəaliyyətinin xaricdən alınacaq kürü hesabına, növbəti mərhələlərdə isə bu sistemdə cinsi yetkinliyə çatmış dişi nərə balıqlarından alınacaq kürü hesabına təmin olunması nəzərdə tutulub. Qapalı sistemdə yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən iki il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Çökə balığından kürünün çıxarılması müddəti isə təxminən üç il təşkil edəcək. Qapalı tipli ferma Avropa ölkələrində istehsal edilən ən son texnologiyalarla təchiz olunacaq. Açıq tipli fermada isə ildə 50 ton rus nərəsinin yetişdirilməsi nəzərdə tutulub. Balıqyetişdirmə fermalarının doqquz aya işə salınması planlaşdırılır. Prezident İlham Əliyev balıqyetişdirmə fermalarının təməlini qoydu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2028   Tarix: 22 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart