Eməni barmağı qırıldı, Qarabağda...

Eməni barmağı qırıldı, Qarabağda...İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşdü. Gözlənilməz görüş idi, daha doğrusu, görüşün planlaşdırıldığı haqda əvvəlcədən ictimaiyyətə məlumat verilməmişdi. Lakin iki ölkə liderinin isti münasibətləri fonunda Soçidə gözlənilməz görüşün keçirilməsi təəccüblü deyildi.

Görüş bir sıra amil baxımından diqqət çəkir:

Azərbaycan-Rusiya münasibətlərində strateji tərəfdaşlıqdan başlamış, humanitar sahələrlə də dərin əməkdaşlıq mövcuddur. Soçi görüşü bu əməkdaşlığın daha da möhkəmlənməsi, ikitərəfli münasibətlərdə anlaşılmaz olan məqamların yenidən gözdən keçirilməsi və aradan qaldırılması üçün əhəmiyyətli idi.

Xüsusilə Rusiyada erməni diasporu və lobbisinin Bakı və Moskva arasında mnasibətləri pozmaq cəhdlərinin qarşısının alınması görüşdə əsas məsələlərdən biri olub. Belə ki, bir müddət öncə Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı Rusiya məhkəməsi tərəfindən ləğv olundu. Ardınca Rusiya Xarici İşlər Nazirliyi Bakıya qarşı bir sıra anlaşılmaz bəyanatlar səsləndirdi. Bununla yanaşı, Lapşin məsələsinə görə iki ölkə arasında soyuqluqlar yarandı. Məlum idi ki, ortada erməni barmağı var və düşmən Bakı-Moskva münasibətlərinə "çomaq soxmaq istəyir". Hətta Soçi görüşündən bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisinin "Rusiya və Azərbaycanın arasında "qara pişik keçib" deməsi də göstərir ki, İrəvan Bakı-Moskva xəttini qırmaq üçün hər şey edir və bu xətdə yaranan kiçik problemi belə sevinclə qarşılayır. Lakin Əliyev-Putin görüşü "üçüncü qüvvələri" sıradan çıxartdı və hər şeyi Azərbaycanın xeyrinə dəyişdi.

Görüşün Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən öncə olması, həmçinin, Soçidə İlham Əliyevlə Putinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi diqqət çəkir. Görüşdə Qarabağda mövcud status-kvonun davam etməyəcəyi haqda aparılan müzakirələr də prezidentlərin görüşündə Bakının əlinin güclü olacağı ehtimalını artırır. Hesab etmək olar ki, Rusiya münaqişənin həlli ilə bağlı aparılan danışıqları dalandan çıxararaq, canlandıracaq. Və burada Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə apardığı müzakirələr əhəmiyyətlidir.

Ümumilikdə, Soçi görüşünü üç aspektdən dəyərləndirmək olar: ikitərəfli münasibətlərin inkişafı; erməni barmağının "qırılması"; Dağlıq Qarabağ münaqişəsinin həlli.

Prezident İlham Əliyevin Soçi səfəri hər üç aspektdən Azərbaycanın qazanclı çıxmasına səbəb olacaq.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3815   Tarix: 24 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021