Təcili! İrəvan Bakıya qucaq açan Putinə "hücuma" hazırlaşır

Təcili! İrəvan Bakıya qucaq açan Putinə "hücuma" hazırlaşırrmənistan prezidenti Serj Sarkisyan yenidən İran prezidenti seçilən Həsən Ruhaninin avqustun 5-də keçiriləcək inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək. Ermənistan mediasının məlumatına görə, Sarkisyan İrana səfəri işgüzar xarakter daşıyır və o, məzuniyyətini yarımçıq kəsərək Tehrana gedəcək.

Bu səfər andiçmə mərasimində iştirak məqsədi daşısa da, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü fonunda diqqət çəkir.

Ermənistan-Rusiya münasibətlərində ciddi böhran müşahidə edilir. Xüsusilə Azərbaycanın Rusiyadan aldığı ağır hərbi texnikanın iki partiyasının bu yaxınlarda Bakıya gətirilməsi İrəvanda narazılığa səbəb oldu. Lakin İrəvan rəsmi şəkildə narazılıq bildirməkdən çəkinir, əvəzində, erməni mediası məsələnin üzərinə ciddi şəkildə gedir.

İyulun 21-də keçirilən Soçi görüşü isə Bakı-Moskva münasibətlərinə yeni stimul verdi. Bu, həm də İrəvanın "Azərbaycan və Rusiya arasından "qara pişik" keçib" arqumentlərinin alt-üst olmasıdır. Hesab etmək olar ki, Sarkisyan İrana səfər etməklə Moskva qarşısında manevr edir.
Rusiya və İran bir çox məsələdə, xüsusilə Suriya münaqişəsində müttəfiq kimi davranır. Lakin Tehran və Moskvanın Cənubi Qafqaz bölgəsində maraqlarının daim toqquşduğu faktı unudulmamalıdır. Bu baxımdan, İran Ermənistan üçün yumşaq manevr etmək imkanı baxımından yaxşı alternativdir. Çünki Qərbə doğru üz çevirmək sərt gediş olar, bunu cəzası da ağır olardı.

Səfərin hansı nəticələri ola bilər?

Prinsip etibarilə, səfərdən ciddi nələrsə gözləmək mümkün deyil.

Birincisi, səfər andiçmə mərasimində iştirak məqsədi daşıyır. Sarkisyan bununla həm İrana yaxınlığını göstərir, Ruhani ilə qarşıdakı dövrdə də yaxşı işləməyi planlaşdırır, həm də Rusiyaya yumşaq mesaj göndərir.

İkincisi, hər şey adi mesajdan o tərəfə keçməyəcək. Çünki İranın istəklərinə baxmayaraq, Ermənistan Tehranın bir çox təklifindən imtina edib. Misal üçün, İran Fars körfəzindən Ermənistana dəhlizin açılmasını təklif etmişdi, İrəvan bu nəzakətlə təklifi geri çevirdi, hərçənd, bunu Ermənistanın blokadadan çıxması üçün əla fürsət hesab etmək olardı. Təbii ki, əsas səbəb Rusiya qorxusudur.

Qarabağ qorxusu

Lakin ortada başqa detal da var. Bu ilin payızında Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyadan görüşü gözlənilir. Rusiyanın təşəbbüsü ilə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə substantiv (ərazilərin qaytarılmasını nəzərdə tutan real danışıqlar) müzakirələr aparılacaq. Əslində bu, Ermənistan üçün son şans ola bilər, əks təqdirdə, bölgədə ciddi toqquşmalar başlanacaq. Toqquşmaların olmasını istəməyən Rusiya Ermənistanı "geri çəkilməyə" məcbur edə bilər. Son günlər Ermənistan mediası da İrəvanda görüşlə bağlı ciddi narahatlıqların olduğunu yazır. Rusiyada gözlənilən görüşə erməni ekspertlərin "Rusiya-Azərbaycan-Ermənistan formatında keçirilən istənilən görüş Ermənistanın ziyanınadır" açıqlamaları fonunda da baxa bilərik.

Hesab etmək olar ki, İrəvan bu görüşə Rusiyanın qarşısında "əli güclü" getmək istəyir. Ötən həftə Ermənistanda ABŞ-a simpatiya nümayişi və NATO ilə münasibətlərə dair çağırışların fəallaşması da təsadüfi deyildi. Görünür, İran səfəri Sarkisyanın Putinin qarşısına qoymaq istədiyi ikinci "kozır" olacaq.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2696   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək. Bu barədə Qırğızıstan Prezident Administrasiyasından məlumat verilib. Aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərd

24 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel