Son dəqiqə! Qarabağda...
Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan dünən Avropa Parlamenti nümayəndələrini qəbul edib.
Görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olub.
Nazaryan görüş zamanı başqa məsələlərdən danışmağa cəhd göstərib. O, Avropa Birliyi tərəfindən qoyulan öhdəliklərlə bağlı danışarkən, qonaqlar Dağlıq Qarabağ məsələsinin xüsusilə vurğulanmasını və müzakirə olunmasını istəyiblər. Bundan sonra nazir müavini ATƏT-in Minsk qrupunun fəaliyyəti və digər müzakirələrlə bağlı məlumat verib.
Hər zaman olduğu kimi günahı özlərində görməyən erməni rəsmisi Ermənistanın Minsk qrupu ilə birgə "səylərinə" toxunub.
Göründüyü kimi artıq Qərb ölkələri də problemi illərdir uzadan Ermənistanın məsələni gündəmdə saxlaması və həllinə çalışması üçün təzyiqlər göstərir. Bu cür təzyiqlər davamlı olarsa, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək.
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2997 Tarix: 25 iyul 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazir direktoru işdən çıxardı
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur
25 aprelƏrdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"
"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə
23 aprelGeneral Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM
23 aprel