Leyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLAR

"Jara" Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.
Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının "İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?" sualını cavablandıraraq deyib: "Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir".

Bundan əvvəl "Jara-2017" festivalının üçüncü gününün qırmızı xalı üzərindən keçən iştirakçıları jurnalistlərin suallarını cavablandırıb, Bakı və festivalla bağlı təəssüratlarını bölüşüblər.

Rusiyanın Xalq Artisti, parodiyaçı Vladimir Vinokur qırmızı xalı üzərindən keçərkən Bakı və festival haqqında fikirlərini yumoristik şəkildə belə ifadə edib: "Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim".

Bakıya üç gün əvvəl gələn həmkarlarına qibtə etdiyini bildirən Belarusun Əməkdar Artisti Anjelika Aqurbaş deyib: "Bakıya bu gecə gəlmişəm. Festivala hazırlaşırdım. "Jara"ya yalnız gözəl zahiri görkəmlə deyil, hazırlıqlı gəlmək lazımdır. Bu gün "Luçşıy tebya net" mahnısını oxuyacağam. Bu mahnı məhz "Jara"ya həsr olunub. Doğrudan da bu festivaldan yaxşısı yoxdur".

Qırmızı xalı üzərindən keçən Aleksandr Revva Azərbaycan dilində bu sözləri səsləndirib: "Mən səni sevirəm, Bakı". İnna Malikova isə belə deyib: "Bakıya - bu gözəl şəhərə gəlməyimdən məmnunam. Burada çəkdirdiyim fotoşəkilləri instaqramda yerləşdirəcəyəm".

Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan "Jara"ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: "Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım". Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illərdir sevilə-sevilə dinlənildiyini vurğulayıb.

Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.

Qırmızı xalı üzərindən son olaraq EMİN keçib. O, "Jara"da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib.

Qırmızı xalı üzərindən keçiddə Yuliya Lısenko və Slava Nikitin aparıcılıq ediblər.

Xatırladaq ki, "Jara"da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr olunub.
Leyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLARLeyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLARLeyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLARLeyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLARLeyla Əliyeva: "Bugünkü axşam sevgi ilə doludur, buna görə çox sağ olun" - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 8883   Tarix: 30 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qarabağ işğaldan əvvəl və sonra - VİDEO

Məşhur fotoqraf Rza Diqqəti yeni layihəsini təqdim edib. Sonxeber Real TV-ə istinadən bildirir ki, dünya şöhrətli fotoqraf Reza Diqqəti "Qarabağ dronla" adlı yeni layihəsini təqdim edib. 1992-ci ildə mən Birinci Qarabağ müharibəsinin şahidi olmuşdum. Müəllif 2020-ci ilin oktyabrındakı İkinc

23 iyun 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021