Son dəqiqə! Baş nazirin müavinindən gözlənilməz açıqlama

Son dəqiqə! Baş nazirin müavinindən gözlənilməz açıqlama"Türkiyə "Eurovision-2018" mahnı müsabiqəsində iştirak etməyəcək".
Bunu baş nazirin müavini Bəkir Bozdağ avqustun 7-də Ankarada jurnalistlərlə görüşündə bildirib.
""Eurovision" yarışmasında yenidən iştirakmız mümkün deyil", - deyə B.Bozdağ vurğulayıb.
Qeyd edək ki, avqustun 2-də Türkiyənin NTV televiziyası Türkiyənin "Eurovision-2018"də iştirakı barədə məlumat yaymışdı. TRT-nin İdarə Heyətinin bu barədə qərar qəbul etdiyi bildirilmişdi. Müsabiqədə "Manga" qrupunun iştirak edəcəyi də qeyd olunmuşdu.
Xatırladaq ki, Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə bu müsabiqəyə qatılıb, 2003-cü ildə Sertab Erener yarışmanın qalibi olub.
Türkiyə yarışda sonuncu dəfə 2012-ci ildə Can Bonomo ilə təmsil olunub.
Qeyd edək ki, "Eurovision-2018" mahnı müsabiqəsi Portuqaliyanın Lissabon şəhərində keçiriləcək. /report

Dünyada   Baxılıb: 2746   Tarix: 07 avqust 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az