Hər an müharibə başlaya bilər

Hər an müharibə başlaya bilərABŞ prezidenti Donald Trampın Şimali Koreyanı "misli görünməmiş od alovla" ilə hədələməsindən sonra Pxenyanla Vaşinqton arasında gərginliyin dozası daha da artıb.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Şimali Koreya rejimi ABŞ-ın Sakit okeandakı Quam adalarına nüvə başlıqlı ballistik raketlə zərbə endirmək planı hazırlandığını elan edib.

Koreya ordusunun yaydığı bəyanatda deyilir: "Koreya xalq ordusunun strateji qüvvələri hazırda Quam adaları rayonuna "Xvason-12" orta mənzilli ballistik raketi ilə zərbə endirilməsi planını diqqətlə araşdırır. Məqsəd ABŞ-ın regiondakı əsas hərbi bazasına, o cümlədən "Andersen" aviabazasına çıxışını məhdudlaşdırmaqdır. Plan qısa müddət ərzində ali baş komandana təqdim olunacaq".

Bəyanatda deyilir ki, hərbçilər Kim Çen Indan əmr alan kimi bu planı həyata keçirəcəklər. "ABŞ dərk etməlidir ki, Şimali Koreyanın ballistik raketləri daimi döyüş hazırlığı vəziyyətindədir", - Koreya ordusu bildirir.

"Andersen" aviabazasında ABŞ-ın B-52 strateji bombardmançıları dislokasiya olunub. Quam adaları kiçik olsa da ABŞ üçün olduqca böyük strateji əhəmiyyətə malikdir. Bu adalardakı hərbi bazaları vasitəsilə ABŞ geniş regiona nəzarət edə bilir. Şimali Koreya ilə ABŞ arasında gərginlik BMT Təhlükəsizlik Şurasının Birləşmiş Ştatlar tərəfindən təqdim olunmuş sanksiyalar layihəsini təsdiqləməsindən sonra daha da artıb. Bundan əvvəl Şimali Koreya dalbadal raket sınaqları keçirmişdi və ABŞ ərazisini vura biləcək raketlərə malik olduğunu elan etmişdi. "The Washington Post" qəzetinin yazdığına görə Şimali Koreya artıq ballistic raketin başlığına yerləşdiriləcək həcmdə nüvə bombasına malikdir.

Şimali Koreyanın Quam adalarına zərbə endirmək planı barədə bəyanatından sonra ada sakinləri arasında təşviş yaranıb. Quam adaları mülki müdafiə və təhlükəsizlik bölməsi bəyanatla çıxış edərək sakinləri sakitliyə çağırıb. Bildirilib ki, hakimiyyət əhalini situasiyanın istənilən formada dəyişməsi ilə bağlı məlumatlandıracaq. "Biz sakinlərə sakitliyi saxlamağı məsləhət görürük, eyni zamanda Şimali Koreya adında təhlükənin olmasını da yaddan çıxarmalı deyilik və bütün təhlükələrə hazır olmalıyıq"-Quam hakimiyyətinin müraciətində deyilir. Bəyanata əsasən hazırda Quam adalarının 160 minlik sakinləri və adanın qonaqları üçün birbaşa təhdid mövcud deyil.

Quam adaları qubernatoru Eddi Kalvo bildirib ki, bu gün səhər Vaşinqtonla, Ağ evlə əlaqə saxlayıb və potensial təhlükə qarşısında ada sakinlərinin müdafiə olunacağına dair təminat alıb. "Quama hücum və ya təhdid Birləşmiş Ştatlara hücum və ya təhdiddir. Onlar dedilər ki, Amerika qorunacaq", - qubernator bildirib.

Quam adalarının qanunverici yığıncağının spikeri Benjamin Kruz isə "Assosiated press"ə açıqlamasında bildirib ki, adanın Şimali Koreyanın mümkün raket hücumu qarşısında müdafiə olunacağına inanır. "Biz sadəcə olaraq ümid və dua edirik ki, Birləşmiş Ştatlar və burada mövcud olan raketdən müdafiə sistemimiz bizi qorumağa qadirdir"-spiker bildirib. Kruz deyib ki, Şimali Koreyadan yönələn təhdidlər çox ciddidir və bu təhdidlər onları dayanıb insanların təhlükəsizliyi üçün dua etməyə məcbur edir.

ABŞ Hərbi Hava Qüvvələri isə bəyan edib ki, Quam adalarında dislokasiya olunmuş 37-ci ekspedisiya bombardman eskadrilyası elə bu gecə hərəkətə keçməyə hazırdır. Eskdarilya Cənubi Dakota ştatındakı "Ellsvort" aviabazasından Quama göndərilib. Avqustun 7-də isə "Andersen" aviabazasından qalxan Amerika B-1B Lancer bombardmançıları Yaponiya və Cənubi Koreya qırıcılarının müşaiyəti ilə Koreya yarımadasında təlim uçuşları keçirib. Məqsəd Şimali Koreyaya bomba zərbələrinin endirilməsini sınaqdan keçirməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2085   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Patriot"lar, qırıcılar lazımdır, kömək edin - Zelenski

"Patriot" zenit-raket sistemləri yalnız hərəkətdə olduqda hava hücumundan müdafiə sistemləridir. Müasir qırıcılar indiki nəsillərin övladlarının və nəvələrinin sülh və əmin-amanlıq içində yaşayıb-yaşamayacağına qərar verildiyi yerdə lazımdır. -a istinadən bildirir ki, bunu Ukrayna Prezident

21 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

22 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Yol polisinin saxladığı sərxoş sürücü: "Mən cənazədən gəlirəm"

Türkiyədə polis tərəfindən saxlnılan əxsin sözləri gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü ifadəsində "cənazədən gəlirəm" deyə bildirib. Sürücünün 0,51 promil sərxoş olduğu müəyyənləşib. Pul cəzası kəsilən sürücünün vəsiqəsi 6 ay müddətinə müsadirə edilib. Sərxo

23 aprel
.

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilə

22 aprel
.

Qadın evdən ulu babasının sevgi məktublarını tapdı

97 yaşlı Koloradolu nənəsinin əşyalarını gözdən keçirəndə təsadüfən 1890-cı il avqustun 5-də ulu babası Salvatore Ciuccinin yazdığı bir sevgi məktubu tapıb. xarici KİV-ə istinadən xəbər verir ki, Salvatore məktubda İtaliyadan San-Fransiskoya gəldikdən qısa müddət sonra həyat yoldaşı olan Anna Merfidə

23 aprel