Məşhur aktrisa bütün SİRLƏRİNİ AÇDI: "Rejissorla yataqda..." - FOTO

Məşhur aktrisa bütün SİRLƏRİNİ AÇDI: "Rejissorla yataqda..." - FOTOHollivudun əsas xanımı ehtiraslı Hellen Mirren bu ay 72 yaşını qeyd etdi.

Uzun illərdir ki, Hollivudun seks simvolu sayılan Helen Oskar, Qızıl Qlobus, Emmi və bir sıra digər şərəfli mükafatlara layiq görülüb. Dünya kinosunun ən parlaq simalarından olan Heleni sevməyən yoxdur. O, özünəxas şıltaqlığı, insanlarla isti və ehtirsalı münasibətinə görə daim ətrafındakıların diqqət mərkəzində olub.

72 yaşı olmasına rəğmən öz şarmını və cazibədarlığını qoruyan Mirrenin atası rus olub. Aktrisanın əsl adı isə Yelena Lidiya Mironovadır. Lakin o, rus əsilli olduğunu heç vaxt qürurla səsləndirməyib. Əksinə hər yerdə zarafatla "Qurşaqdan aşağı hissəm rusdur" deyib.

Helen Mirrenin bütün müsahibələri, qatıldığı proqramlar əsl qalmaqal yaradır. O, ətrafındakılara ruh yüksəkliyi və xoş əhval ötürməyi bacarır. Bugünlərdə Holluvudun seks simvolu qatıldığı tok-şouda səsləndirdiyi fikirlərlə yenə diqqətləri öz üzərinə çəkməyə nail olub.

Maraqlı müsahibəni tədim edirik:

- Helen, sənətiniz barədə nə düşünürsünüz?

- Düşünürəm ki, bütün aktyorlar avara və oğrudular. Ən azı olmaq məcburiyyətindədirlər. Bilirsiniz, bizim peşəmiz çox təzadlıdır. Şekspirin əsərləri əsasında səhnələşdirilmiş tamaşalarda oyanayanda elə bilirlər ki, sən ağıllı, savadlı bir insansan. Lakin onlar təsəvvür belə etmirlər ki, səsləndirdiyin fikirlərin yarısından çoxunu anlamırsan.

- 72 yaşınız tamam oldu. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Hiss etmisinizmi son zamanlar vaxt daha tez keçməyə başlayır. Zaman sanki uçur, işlər, planlar tamamlanmadan yarım qalır. Məhz buna görə də özümü bu yaşda hiss etmirəm. Hər an zamandan sərfəli yararlanmağa çalışmışam. Düşünürəm ki, vaxt öldürmək ən böyük cinayətdir. İnsanın yaşı artdıqca ölüm haqda daha az düşünməyə başlayır. Odur ki, mən öz həyatımı bütün rənglərilə yaşayıram, ölümümü gözləmirəm.

- Həyatınızın ən çox sevdiyiniz dövrü hansıdır?

- Düşünürəm ki, qadının ən cazibədar və pak dövrü 20 yaşıdır. Sən bu yaşda olduqca zərif və gözəlsən. Anlayırsan ki, bir daha heç vat 20 yaşın olmayacaq. Digər bir tərəfdən isə nə qədər köməksiz və aciz olduğunu dərk edirsən. Çünki bütün həyatın hələ qarşıdadır və nə baş verəcəyini xəyal belə edə bilmirsən.

Bir çox filmlərdə İngiltərə kraliçasının obrazını canlandırmısınız. Kraliçanın özü ilə heç görüşmüsünüzmü?

- Bəli, dəfələrlə onunla görüşüm baş tutub. Hər dəfə kraliçanı görəndə ətrafımdakılara deyirəm: Baxın, baxın, bu, mənəm!

- Şöhrətli aktrisa olmaq üçün nə etmək lazımdır?

- Bəzən şöhrət qazanmaq üçün ekranda bərbad görünmək vacibdir. Çox vaxt mənə film təklifləri gələndə rejissorlara deyirəm: Məni niyə filminizə çəkmək istəyirsiniz? Oskar almışam ona görə? Onlar isə təbii ki, bunu təkzib edirlər. Lakin bu, danılmaz faktdır.

- Həyat yoldaşınızın filmlərində də çox rol almısınız. Bu haqda nə deyə bilərsiniz?

- Bilirsiniz biz həyat yoldaşımla düz 10 il birgə yaşadıq. Sonra isə evlənməyə qərar verdik. Onun filmlərində çəkilməyin bir üstünlüyü var. Gecələr əziyyət çəkmədən rejissorun yatağına girə bilirsən.

- Amma övladınız olmayıb..

- Mən ana olmağı çox istəyirdim, amma alınmadı. Nə etmək olar?! Müəyyən bir yaşadək ətrafımdakılar mənə: "Ay qarı, bəlkə tələsəsən" deyirdiər. Mən isə cavabında "Əl çəkin!" deyirdim. İndi düşünürəm ki, səhv etmişəm.

- Həyatda ən çətin şey nədir?

- Həyatla yaşamağı öyrənmək.

- Rus əsillisiniz, bu haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, Stalin sağ olsaydı, mənə vurulardı...

- Tez-tez filmlərinizdə çılpaq soyunursunuz...

- Açığı, kamera önündə soyunmağı heç sevmirəm. Düşünürəm ki, ən yaxşı satıcı vücuddur. İnsanlar çılpaq döşləri görmək üçün nələrindən keçmirlər ki?!

- Sonda bir şey deyin...

- Tez-tez insanları heyrətləndirməyə çalışın, ilk növbədə isə özünüzü. /Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4752   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadını dəfələrlə bıçaqlayıb, ölməsini gözlədi

Türkiyənin İstanbul şəhərində 24 yaşlı Diləm Gül Karlı boşanmaq qərarına gəldiyi əri tərəfindən küçənin ortasında bıçaqlanıb. xarici mediaya istinadən xəbər verir ki, Şübhəli ər Ferhat Karlı həyat yoldaşının ölümünü gözləyərkən saxlanılıb. Gənc qadın uzaqlaşmaq istəyərkən Ferhat Karlı yanındakı çörə

28 mart
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27 mart
.

Maşını mübahisə etdiyi polis əməkdaşlarının üzərinə sürdü, bir nəfəri vuraraq QAÇDI - VİDEO

Türkiyədə avtomobil sürücüsü maşınnı mübahisə etdiyi yol polislərinin üzərinə sürüb. xarici mediaya istinadən xəbər verir ki, bir şəxs əzilməkdən son anda xilas olub. Belə ki, Diyarbəkirdə mübahisə etdiyi yol polisi əməkdaşlarının üzərinə maşın sürüb. Bu zaman sürücü hadisəyə müdaxilə etmək istəyən şəxs

27 mart
.

Bu ölkədə paytaxt çökür - VİDEO

İndoneziya parlamenti paytaxt Cakartanın sakinlərinin "Borneo" adasına köçürülməsi ilə bağlı qərar qəbul edib. xəbər verir ki, buna səbəb əhalinin çox olduğu paytaxtın hər il 25 santimetr çökməsidir. "Dünyanın maliyyə mərkəzi" hesab edilən Cakartanın yerini "Borneo" adasınd

28 mart
.

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni "varlılarının paytaxtı" olub. xarici KİV-ə istinadla bildirir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsini

28 mart
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27 mart
.

Acun İlıcalı yeni futbol klubu alır

İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib. Bu barədə əslən azərbaycanlı olan türkiyəli prodüser müsahibəsində deyib. O, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb. "Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandan

28 mart
.

Ronaldo 2,2 milyon dollarlıq fantastik avtomobillə göründü - VİDEO

"Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo Portuqaliyada yeni "Ferrari" avtomobili – dəyəri 2,2 milyon dollardan çox olan "Daytona SP3" sürərkən görüntülənib. "Ölkə.az" xəbər verir ki, bu maşınlardan cəmi 599 ədəd istehsal edilib. Məlumdur ki, Kriştianodan başq

28 mart
.

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü yayımlandı - FOTO

Alimlər qalaktikamızın mərkəzindəki qara dəliyin yeni görüntüsünü aşkar ediblər. xarici mətbuata istinadən xəbər verir ki, Event Horizon Teleskopu (EHT) Süd Yolu Qalaktikasının mərkəzində yerləşən superkütləli "Sagittarius A*" qara dəliyinin aydın fotosunu paylaşıb. saytının məlumatına görə

28 mart