Yıldırım dünya çempionu Ramil Quliyevi təbrik etdi

Yıldırım dünya çempionu Ramil Quliyevi təbrik etdiTürkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyevi təbrik edib.

Sonxeber.az-ın xəbərinə görə, Trend bu barədə Türkiyə baş nazirinin administrasiyasına istinadən məlumat verib.

R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.

İdman   Baxılıb: 668   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR