Ermənilərin Qarabağ qorxusunun əsas sirri

Son döyüşlər erməni generallarının fikrini dəyişməyə vadar edib

Son illərdə Azərbaycan müdafiə məqsədi ilə xərclədiyi vəsaitləri dəfələrlə azaltsa da, erməni ekspertlərin Azərbaycanın silahlanması ilə bağlı təşvişi bir neçə dəfə artıb.

2017-ci ilin dövlət büdcəsində müdafiə məqsədi ilə təxminən 1,6 milyard manat, yəni indiki qiymətlərlə 0,95 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Bunun 3 il qabaqkı illərin xərcləri ilə müqayisə etdikdə 3,5 dəfə azalma olduğunu görmək olar. Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun məlumatına görə, 2011- 2014-cü illərdə Azərbaycan müdafiə xərcləri üçün hər il 3-3,5 milyard dollar vəsait xərcləyib. Ermənistanın həmin illərdəki hərbi xərcləri isə 0,3-0,4 milyard dolları keçmirdi.

Xərclər arasında 10 dəfəyə qədər fərq olmasına baxmayaraq həmin illərdə erməni ekspertlər və Ermənistan hərbçiləri heç bir həyəcan təbili çalmırdılar. Əksinə, "Azərbaycan heç vaxt istifadə etməyəcəyi silahları qoy alsın" deyə rixşənd edirdilər.

Son iki ildə bu fərqin aşağı düşməsi və bəlkə də bu il çəkilən xərclərin bərabərləşməsinə baxmayaraq erməni ekspertlər həyəcan təbili çalırlar. Bu barədə səslənən fikirlərdə əsas tənqid hədəfi kimi Rusiya seçilir. Rusiyada fəaliyyət göstərən "Regnum" portalında müəllif Armen Xanbabyanın yazdığı məqalədə iddia edilir ki, Azərbaycana verilən Rusiya silahı gec-tez Rusiyaya qarşı yönələcək və rus siyasətçilər bunu anlamırlar. Ermənilər ən çox Azərbaycanın hücum silahları almasından narahat olurlar. Bu silahların sırasında "Smerç" reaktiv yaylım atəşi sistemləri, TOS-1A "Solntsepek" ağır atəş sistemləri, T-90 tanklarının adları sıralanır.

Əvvəllər erməni hərbçilər və ekspertlər təbliğ sayaraq Azərbaycanın aldığı silahların adlarını açıqlamırdılar. İndi isə məsələ barədə hətta prezident Serj Sarkisyan geniş publika qarşısında çıxış etməkdən çəkinmir. İlkin müşahidələr göstərir ki, ermənilər fikirlərini 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük döyüşlərdən sonra dəyişiblər. Həmin döyüşlərdə artıq onlar Azərbaycanın öz hərbi kadrlarının yetişdiyinə, həmin hərbçilərin çağdaş silahlardan istifadə edə bildiyinə əmin oldular. 1990-cı illərdə baş vermiş döyüşlərdə isə belə olmamışdı. Sovet hərbi sistemi ermənilər üçün peşəkar hərbçi kadrlar yetişdirdiyi halda, azərbaycanlıları əsasən tikinti batalyonlarında xidmət etdirirdi.
İndi isə vəziyyət fərqlidir. Ermənilərin ən böyük istəyi odur ki, dünyada heç bir dövlət Azərbaycana silah satmasın. İri silah istehsalçıları Fransa və ABŞ artıq münaqişənin elə ilk illərindən Azərbaycan silah satmaqdan imtina ediblər. Rusiya son illərdə bu məsələdə fikrini dəyişib və müəyyən qədər balansı qorumağa çalışır. Amma bu erməniləri qane etmir və erməni lobbisini, xristian təəssübkeşlərini, Rusiyadakı erməni diasporunu bu işə qoşmağa çalışırlar.

Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci il iyul ayında etdiyi Moskva səfəri çərçivəsində bu məsələyə toxunmuşdu və Rusiya tərəfinin məsələ ilə bağlı Ermənistanın suallarını cavabsız qoyduğunu iddia etmişdi: "Mən heç zaman Rusiya tərəfindən bu məsələ ilə bağlı rəsmi cavab almamışam. Rusiya prezident və ya XİN başçısı səviyyəsində cavab verə bilər".
Amma "verelq.am" saytının yazdığına görə, Serj Sarkisyan bu məsələdə həqiqətləri gizlədir və Rusiya prezidenti Vladimir Putinin 2016-cı ilin oktyabr ayında Moskvada keçirdiyi mətbuat konfransında dediklərinin üstündən keçir. Həmin mətbuat konfransında Rusiya lideri demişdi:

"Çağdaş silah bazarında praktiki olaraq istənilən ölkə istənilən silahı ala bilər. Özü də Azərbaycan kimi neft hasil edən, əhalisi, demək olar ki, 10 milyona çatan və iqtisadiyyatı sürətlə inkişaf edən və yetərincə böyük qızıl-valyuta ehtiyatları olan ölkə silahı istənilən yerdən ala bilər".

Amma bununla yanaşı, Azərbaycan istənilən halda bu varianta da hazır olmalıdır. Rəsmi Bakı bir sıra vacib silahların istehsalını məhz Azərbaycanda təşkil etməlidir. İsrailin təcrübəsi bu işdə çox yararlı ola bilər.

Mənbə: istipress
Ermənilərin Qarabağ qorxusunun əsas sirriErmənilərin Qarabağ qorxusunun əsas sirri


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1945   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel