"ÇL-də qrupa düşmək istəyimiz var" - Səbuhi Səfiyarlı

"ÇL-də qrupa düşmək istəyimiz var" - Səbuhi Səfiyarlı"Qəbələ" Avroliqanın 3-cü təsnifat mərhələsində mübarizəni dayandırmaqla azərbaycanlı azarkeşləri üzüntüyə qərq etdi. Bəs ardıcıl iki il qrup mərhələsində çıxış edən bölgə təmsilçisinin bu dəfə eyni uğuru təkrarlaya bilməməsi komandaya necə təsir edib?

Bu və bir sıra suallara cavab tapmaq üçün komandanın rəisi Səbuhi Səfiyarlı ilə danışdıq. Səfiyarlı Sport7.az-a açıqlamasında eyni zamanda son duruma, transferlərə və sair məsələlərə toxundu.

- Panatianikosa uduzandan sonra klubda əhval-ruhiyyə necədi? Komanda ardıcıl 3-cü dəfə qruplara yüksələ bilməyəndən sora ruh düşkünlüyü yaşamadı ki?

- Qrupa düşsək yaxşı olardı. Amma bunun nəticələrimizə təsir edəcəyi inandırıcı deyil. Onlar ayrı-ayrı məsələlərdi. Avroliqada məqsədə çata bilmədik. Amma digər məqsəd uğrunda çalışacağıq. Bu amilin "Qəbələ"nin gələcəkdəki oyununa təsir edəcəyinə inanmıram. Məncə, komandanı kökləmək çətin olmayacaq. Bu turnirlər tam başqadı.

- Əksəriyyət düşünür ki, avrokuboklardan kənar qalmaq "Qəbələ"nin işinə yarıyacaq. Komanda "Qarabağ"ın yorğunluğundan yararlanaraq, yanvara qədər xal ehtiyatını artırıb, çempion olacaq. Bu fikirlə razısızmı?

- Xeyr, özümüz də bunu klubda müzakirə edirik. Demək olmaz nəyəsə təsir göstərəcək. Hər şey komandanın hazırlığından, qazanılan nəticələrdən asılıdı. Belə oyunlar çox olub. Həmişə "Qarabağ" güclü olduğu üçün qalib gəlib. İstər kubokda, istərsə də çempionatda olsun. Bu nə dərəcədə təsir edəcək bilmirəm.

- Rauf Əliyevlə xeyli vaxtdı maraqlanırdız. Son vaxtlar danışıq aparmışdız?

- Klubu ilə müqaviləsi vardı deyə danışıq aparmırdıq. Amma bildiyimə görə o artıq Albaniya klubu ilə anlaşıb və "Kukesi"də oynayacaq. Özü ilə danışmasaq da, vəziyyətinin nə yerdə olduğu ilə maraqlanırdıq. Bildirdilər ki, xaricdə oynamaq istəyir.

- "Qəbələ"nin legionerləri rayonda yaşamaq istəmədiyinə görə klubun Bakıda məskunlaşacağı deyilir. Doğrudumu?

Leyla Əliyeva oğlu ilə Favaz Qruozinin ad günündə (FOTOLAR)
- Keçən il də oxşar vəziyyət idi. Hər oyundan iki gün əvvəl Bakıya gəlirdik. Qəbələdə baş tutacaq oyunlara isə 1 gün əvvəldən gedirdik. Həm orda, həm də burda olurduq. Söhbət futbolçuların ailələrinin yaşamasından gedir. Ailəli olanların Bakıda qalıb məktəbə getməsini istəyirlər. Futbolçuların özlərinin yaşaması üçün problem yoxdu.

- Onlara Bakıda qalmaq üçün şərait yaradılacaq?

- Əlbəttə, hamısı onların müqaviləsində nəzərə alınacaq. Müzakirə olunacaq, kim Bakıda yaşamaq istəyirsə, kömək edəcəyik. Yaxud müqaviləsində başqa bir şərtlə əvəz olunmalıdı.

- Yeni dəvət olunan legionerlərdən sırf Bakıda yaşamaq istəyən, yaxud Qəbələdə qalmağa razılaşan futbolçular var?

- Hazırda müzakirə mərhələsindəyik. Götür-qoy edirlər. Elələri olub ki, ailəsinin Bakıda yaşamasına icazə vermədiyimiz üçün çıxıb gedib. Müqaviləsi ola-ola gəlib, qala bilmədiyini və getmək istədiyini söyləyib. Bu dəfə düşündük ki, daha səviyyəli futbolçuların gəlməsi üçün onlara kömək edək. Çünki bəziləri ailəli olur. Bildiyiniz kimi Qəbələdə də xarici dil məktəbi yoxdu. Elə legioner var ki, ailəsinin yanında olmasını, uşağın məktəbə getməsini istəyir. Həm də Qəbələ ilə Bakı arasındakı məsafə uzaq deyil, gediş-gəliş var. Komandaların əksəriyyəti Bakıda olur. Futbolçuların komanda ilə müqaviləsi var. Komanda harda olsa o da ora getməlidi. Sabah gedib Antalyada hazırlaşsaq o da getməlidi. Futbolçunun harda qalması müzakirə olunmur. Onun istəyi ilə deyil. Sadəcə, söhbət ailələrindən gedir. Xüsusən də uşağı olan futbolçuların. Bu üzdən onlar Bakıda qalmağa məcburdular.

- Şəxsən siz çempionluq şanslarını necə görürsüz?

- Çempionat başlamayıb. Komandaların durumunu bilmirik. Məşqçimiz həmişəki kimi iddialıdı. Qarşısına böyük məqsəd qoyub. Arıq 2-3 ildi bu iddiadayıq. Neçə vaxtdı 2-ci, yaxud 3-cü yerləri tuturuq, Avropa Liqasına vəsiqə qazanırıq və deməzdim ki, uğursuz çıxış edirik. Amma istərdik ki, gücümüzü Çempionlar Liqasında sınayaq. Həm də ÇL-dən Avroliqaya vəsiqə qazanmaq asandı. Bildiyiniz kimi Azərbaycanda yeganə klub "Qəbələ"di ki, Avroliqada mübarizəyə başlayaraq qrupa düşüb. Bizdən əvvəlki klublar, "Qarabağ"la "Neftçi" ÇL-də mübarizəyə başlayandan sonra Avroliqada qrupa düşüb. Ona görə də ÇL-də qrupa düşmək istəyimiz var. Çempion olmaq niyyətindəyik. Baş məşqçimizin bir yaxşı sözü var. Deyir, 1 faiz belə şans varsa onun üçün döyüşməyə hazırıq. İndi şansımız daha çoxdu. Keçən il həm öz, həm də başqalarının səhvləri ilə üzləşdik. Ona görə də çempion ola bilmədik.

- Transfer məsələləri qapanıb "Qəbələ" üçün?

- Transfer pəncərəsi tam bağlanmayana qədər heç nə demək olmaz. Bəlkə sabah hansısa futbolçumua elə qiymət deyəcəklər ki, onu satmaqdan imtina edə bilməyəcəyik. Ola bilər cüzi məbləğə güclü futbolçu ilə də rastalaşarıq. Birmənalı şəkildə transfer etməyəcəyik deyə bilmərik. Nə qədər ki, "pəncərə" açıqdı və nəzəri cəhətdən transfer həyata keçirilə bilər. Yəni qeyri-adi nəsə baş verməsə, demək olar "Qəbələ" üçün transfer məsələləri bağlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1210   Tarix: 11 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel
.

Haalandın təzminat məbləği AÇIQLANDI

İngiltərə çempionu "Mançester Siti"nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haalandın müqaviləsindəki təzminat məbləği 175 milyon avrodur.  xarici mediaya istinadla bildirir ki, onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm Erlinq Haaland 37 matçda iştirak edib, 30 qol vurub və 6 məhsulda

11 aprel
.

Messi Çempionlar Liqası ilə vidalaşdı

Lionel Messinin çıxış etdiyi MLS komandası "İnter Mayami" KONKAKAF Çempionlar Liqasının 1/4 finalında Meksikanın "Monterrey" komandasına 3:1 hesabı ilə məğlub olub. ABŞ yığması ilk görüşdə məğlub olaraq turnirlə vidalaşıb.  xarici mediaya istinadla bildirir ki, Şimali, Mərkəzi Amerik

11 aprel
.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

Xavi "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb

Xavi Ernandes "Barselona"dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. "Report" xəbər verir ki, İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib - 3:2. Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarı

11 aprel
.

Millinin hücumçusunun küçədə sümüklərini sındırdılar

Avstriya yığmasının gənc hücumçusu Muharem Huskoviç paytaxt Vyana şəhərinin mərkəzində hücuma məruz qalıb. Futbolçu bankomatın yanında vurulub və oradan dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.  xarici mediaya istinadla bildirir ki, Vyananın mərkəzində avstriyalı futbolçu Muharem Huskoviç döyülüb. Hadis

11 aprel
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

"Qalatasaray" - "Fənərbağça" derbisində 90 ildən sonra ilk yaşandı

1909-cu il yanvarın 17-də "Papazın Çayırı" adlanan yerdə "Qalatasaray"ın 2-0 qalib gəldiyi matçla başlayan 115 illik rəqabətdə dünən bir ilk yaşanıb. "NTV Spor"a istinadən xəbər verir ki, 50-ci saniyədə "Fənərbağça"nın qapısına qol vuran Mauro İkardi qarşılaşmad

8 aprel