Əhaliyə şad xəbər gəldi - Bundan sonra hər kəs...

Əhaliyə şad xəbər gəldi - Bundan sonra hər kəs...Hesab olunur ki, 2017-ci ilin sonuna qədər isə dolların məzənnəsi 1,70 manat səviyyəsində sabit qalacaq.

"Ənənəvi olaraq payız aylarında məktəb mövsümünün başlaması ilə əlaqədar idxal mallarında yaranan artım dollara tələbi yüksəldir. Lakin bu proses artıq iyul ayında bitib. Belə ki, idxalçılar artıq mallarını sifariş edib və valyuta köçürmələrini tamamlayıb. Payız və qış aylarında azərbaycanlı turistlərin xaricə səfərləri də kəskin azalacağından, xarici valyutaya tələb minimum həddə enəcək. Əksinə, Azərbaycanı ziyarət edən turistlərin sayında isə ciddi azalma gözlənilmir", - deyə analitiklər qeyd ediblər.
Dolların məzənnəsinin sabit qalmasına əsas səbəblərdən biri bu il Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində aldığı kreditlərin daxili valyuta bazarına daxil olması ilə bağlıdır.

Qeyd edək ki, bu il Dünya Bankı Azərbaycana 800 mln. dollar, Asiya İnfrastruktur və İnkişaf Bankı 600 mln. dollar, Asiya İnkişaf Bankı isə 500 mln. dollar həcmində kredit ayırıb. Bununla yanaşı Asiya İnkişaf Bankı 2017-ci il üçün maliyyə bazarının sabitləşməsinə 500 mln. dollar kredit ayırıb. Həmçinin, Asiya İnkişaf Bankının "Azərişıq" ASC-yə elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına ayırdığı 750 mln. dollar investisiyanın tranşlarla ödənilməsi, Dünya Bankının Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulmasına ayırdığı vəsait daxili valyuta bazarında valyuta bolluğunun təmin edilməsinə kömək edib. Təbii ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə köçürmələri nəticəsində də valyuta bazarında fəaliyyəti dolların məzənnəsinin sabitliyinə təsir edən əsas amillərdən biri sayılır.
Agentliyin ekspertləri hesab edirlər ki, dolların məzənnəsinin sabitliyinə həmçinin xarici amillərin təsiri böyükdür. Belə ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və Çin kimi ölkələrin yerli valyutalarında sabitlik və ümumiyyətlə, dünya iqtisadiyyatında bu il müşahidə olunan müsbət tendensiya inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir etməyib.
"Gələn il Azərbaycanda dolların bir qədər də möhkəmlənməsi əsasən neft qiymətlərinin 50 dollar/barel və daha yüksək səviyyədə qalması ilə əlaqədar olacaq. Lakin qeyd etməliyik ki, 2018-ci ilin II yarısından başlayaraq dünya maliyyə bazarlarında dolların möhkəmlənməsi, neft qiymətlərinin düşməsi gözləntiləri fonunda Azərbaycanda da dolların məzənnəsi yüksələ bilər. 2019-cu ildə qlobal iqtisadiyyatda faizlərin yüksəlməsi, neft qiymətlərinin kəskin azalması ehtimallarının artması dolların məzənnəsinin yenidən artmasına gətirib çıxara bilər", - deyə analitiklər əlavə ediblər.

Mənbə: Report.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3257   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Qızıl qiymətləri rekord səviyyəyə qalxdı

Qızıl qiymətləri cümə günü tarixi zirvəyə yüksəlib. "Ölkə.Az"ın məlumatına görə, spot qızıl 0,5% bahalaşaraq bir unsiya üçün 2 min 384,34 dollar olub. ABŞ-nin qızıl fyuçerslərinin dəyəri isə 1,2% artaraq 2 min 401,80 dollara çatıb. Sessiyanın əvvəlində külçə qızılın dəyəri rekord həddə bahalaşara

12 aprel