Almaniyada inanılmaz hadisə - qeyri-adi nikah

Almaniyada inanılmaz hadisə - qeyri-adi nikahBavariyada qeyri-adi nikah barədə elan verilib.

Sonxeber.az azərtac-a istinadən xəbər verir ki, elanın qeyri-adiliyi onun Rozenau qəsrinin parkında tək qalmış dişi qara qu quşuna "aşna" axtarılması barədə məzmunu ilə bağlıdır. Belə ki, parkda cüt gəzən qu quşlarından erkəyi bu ilin may ayında yoxa çıxıb. Qəsr idarəsində ehtimal edirlər ki, onu tülkü aparıb.

İlk qara qu quşlarını bu parka Britaniya kraliçası Viktoriya vəfat etmiş ərinə – Saksen-Koburq-Qotş şahzadəsi Albertə (1819-1861) matəm əlaməti olaraq bağışlayıb. O, bu qəsrdə doğulmuşdu.

Elanda parkın gözəlliyindən, iki hektar ərazisi olan gölündən və yeni qu quşu "ev"indən danışılır.

Dünyada   Baxılıb: 1581   Tarix: 12 avqust 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az