Azərbaycanda hər kəs 8 yaşlı Vəzifədən danışır -VİDEO

Azərbaycanda hər kəs 8 yaşlı Vəzifədən danışır -VİDEOAzyaşlı qız dərmandan zəhərlənib. Hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Kənd sakini, 8 yaşlı Vəzifə Rəcəbli evdə nəzarətsiz qaldığından stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udub və qəfil vəziyyəti pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən valideynləri onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəyə ilki tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəzifə Rəcəbli koma vəziyyətindədir. Bakıdan ixtisaslaşmış həkimin gəlişi gözlənilir.

(Milli.Az)

Hadisə   Baxılıb: 5637   Tarix: 12 avqust 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az