İranda böyük TƏHLÜKƏ
İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızmasından 362 nəfər zəhərlənib.
Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub. Həkimlər zəhərlənən şəxslərə təcili tibbi yardım göstərib. Onların çoxu xəstəxanadan evə buraxılıb.
Hadisənin təfərrüatları açıqlanmır.
Hadisə Baxılıb: 2645 Tarix: 13 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 050 3422489
Facebookda Paylaş