Azərbaycanlı müğənni millətimizi YIXIB SÜRÜDÜ : "Ərəblər yox, siz ..." -
Ərəblərin Azərbaycanda yerləşən otel, turizm obyektlərində olduqca səliqəsizliyi, hər tərəfə zibil tökmələri əhali tərəfindən müzakirə edilir.
İnsanların bu müzakirəsinə müğənni Murad Arif də öz fikirlərini bildirib. O bildirib ki, ölkəmizdə ətraf mühitin təmizliyinə təkcə əcnəbi qonaqlar yox, elə öz vətəndaşlarımız da riayət etmir:
"Sosial şəbəkələrdə ölkədəki ərəb turistlərinə qarşı əcaib aqressiya haqda 1-2 kəlmə demək istərdim.
Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib... Bu niyə dərd olur bizə? Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranır "BƏZİLƏRİMİZ" ?
Küçəyə "xax tfu" edib tüpürən biz deyildik indiyə qədər? Ömür billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə xalxın anasına-bayısına söz atan deyildik? Hə? İlmi zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? "Ay eşşək suyu burax!", "Bura zibil atanın belə-belə.." yazanda ərəb üçün yazırdıq daim? 1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır.
Bu ay artıq 4-5ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! ÇOX ŞÜKÜR!
Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır.. Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə oborota ver, qazan də! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlamasıyla çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? Ver yeyim, ört yatım'la olmur axı!
Ərəblər mədəni deyilmiş... Yox, siz mədənisiniz.. Üzeyir Hacıbəyovu ola-ola, üç badam bir qoz mahnılardan kayf tutursunuz... Operaya, teatra gedir, kitab üzü açırsınız... Efirləriniz də elmi-kütləvi verilişlərə dolu... Sanballı komediyalar çəkirsiniz... Siz mədənisiniz!
Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar...? Evinizə qonaq gəlmir e... Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, qazanın və susun.
Bu barədə bir dəfə yazmışdım, yenə yazıram: Küçədə kimsə pozğunluq açırsa, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ziyan vurulursa, bunu kontrol edəcək qurumlar, qaydalar, cərimələr var! Hüququnuz tapdalanır, şikayət edin.
Yoxsa, boş-boş deyinmək nəyə lazım?
Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, ОТ И ДО özünüzü "ələşdirin"... Əslində çox şey, yaranmış şəraitdən qaynaqlanır. Birdə ki, İişləmək lazımdır! ...və biz bunu sevmirik. Bu qədər".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Meyxanaçı Kərim vəfat etdi
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Sabah hava necə olacaq?
Pensiyalar bu tarixdə tam ödəniləcək
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
"Gürcüstanın tranzit prosesində yer alması da Azərbaycanın qurduğu yeni regional modelin bir hissəsidir" - AÇIQLAMA