Ağır itki yaşayan vəzifəli məmurumuz gələn ay oğlunun toyuna hazırlaşırmış

Ağır itki yaşayan vəzifəli məmurumuz gələn ay oğlunun toyuna hazırlaşırmışDünən gecə Ağdaş rayonunun Qəribli kəndində qanlı hadisə baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Sahib Baris oğlu Həsənovu bıçaqlayıb. Sahib qanaxma nəticəsində həyatını itirib.

Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Sonxeber.az bildirir ki, kənd icra nümayəndəsi Nicat İsmayılov yenicag.az-a açıqlamasında hadisə ilə bağlı ətraflı məlumat verib:

"Sahiblə Cabir qonşu olublar, əvvəllər də aralarında heç bir münaqişə, düşmənçilik olmayıb. Dünən bizim icra nümayəndəliyində çalışan işçimizin övladının toyu idi. Mən də, Sahib, Cabir və Sahibin atası da elə o toyda idik. Biz gündüz saat 1-də Sahibin atasıyla toydan çıxdıq. Kənddə də toy saat 8-də başa çatır axı. Toydan sonra kəndin uşaqları, o cümlədən də Sahiblə Cabir mağardan çıxıb, məhəllədə yığışıblar. Bu məqamda Cabirlə Sahib mübahisə edib. Cabir içkili olub. Mübahisə vaxtı cibindən bıçaq çıxararaq, Sahibi ayağından vurub. Ətrafdakı uşaqlar hay-küy salıblar, atasına xəbər veriblər. O məqamda da Sahibi qan aparıb, xəstəxanaya aparanda da gec olub. Elə xəstəxanaya çatanda keçinib. Necə özlərini itiriblərsə, onu yaxınlıqdakı Yevlax xəstəxanasına deyil, Ağdaşa aparıblar".

N. İsmayılovun dediyinə görə, 22 yaşlı Sahib iki bacının bir qardaşı imiş. Nişanlı olan Sahibə atası gələn ay toy edəcəkmiş.

Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3540   Tarix: 16 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021