Pensiyaçılara şad xəbər - Bayrama pulları artır

Pensiyaçılara şad xəbər - Bayrama pulları artır"Türkiyə Pensiyaçılar Dərnəyi SSK ve Bağ-Kur pensiyaçıları üçün bayramlarda əlavə maaşa verilməsini tələb edib".

Sonxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,

Dərnəyin sözcüsü Cəfər Turan Yazıcıoğlu ildə 2 dəfə bayramlarda əlavə maaş verilməsinin uyğun olduğunu deyib.

"İllərdir dini bayramlarda əlavə maaş verilməsi ilə bağlı təklif irəli sürürük. Hökumətin təklifimizi qəbul edəcəyinə ümid edirik. Məmur və məmur pensiyaçıları üçün Ramazan ve Qurban bayramlarında 1 915 lirə mükafat tələb olunur."

Məmurlar və pensiyaçılara əlavə pul verilməsi ilə bağlı 21 avqusta qədər qərar veriləcək.

Türkiyənin Əmək Nazirliyi isə büdcədən əmək pensiyası, müavinət alanlara bayram münasibəti ilə ödənişlərin vaxtından əvvəl icra olunacağı barədə detalları açıqlayıb.
Belə ki, sentyabrın 1-i və 2-də maaş alanlar 28 avqustdda, 4-ü və 5-də maaş alanlara 29 avqustda ödənişlər çatdırılacaq.

Nazirlikdən 2 milyon 23 min 871 nəfər pensiyaçının 3 milyard 935 milyon 776 min lirə məbləğində gəlir və aylıq ödənişlərinin Qurban Bayramından əvvəl icra olunacağı bildirilib.

Aysel

Sosial   Baxılıb: 15643   Tarix: 17 avqust 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az