Bakıda ətin qiyməti "rekord" vurur

Bakıda ətin qiyməti "rekord" vururSon aylarda ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Bu günlərdə isə qiymətlərdə yenə də artım olub. Belə ki, dana əti (sümüklü) 13.50 manat, sümüksüz 14.50-15 manat, quzu əti isə 15 manatdan başlayan qiymətlərlə satılır. Qeyd edək ki, bir neçə gün öncə ət və ət məhsullarının qiyməti hazırki qiymətlərdən təxminən 2-2.50 manat ucuz idi.

Yaxın günlərdə ət və ət məhsullarının qiymətində yenidən bahalaşma olacaq.

Bu haqda əməkdaşımızla söhbət edən qəssablar bildirib ki, Qurban bayramı ərəfəsindən qiymətlər daha da artacaq: "Bayram yaxınlaşdıqca ət və ət məhsullarına təlabat artır. Rayonlarda isə ucuz dana, quzu demək olar ki, yoxdur. Bir müddət öncə 1000 manata aldığımız dana bu gün 1300-1400 manata satılır. Buna görə də bazarda ət qıtlığı yaranır və təbii olaraq qiymətlər artır. Bayram ərəfəsində isə ətə olan tələbat daha da artacaq. Bu da qiymətlərin daha da kəskin şəkildə bahalaşmasına səbəb olacaq".

Qiymətlərin bahalaşma səbəblərinə gəlincə isə həmsöhbətimiz bunu yem məhsullarının qiymətinin yüksək olması ilə izah edib:

"Digər tərəfdən indi yay ayları olduğundan hələ ət və ət məhsullarına təlabat o qədər da çox deyil. Çünki hər kəs mövsümü tərəvəzlərlə, meyvələrlə qidalanır. Ancaq isti havalar artıq bitmək üzrədir. Payız, qış aylarında hər kəs ət alacaq. Bu da qiymətlərin artmasına səbəb olacaq. Ət və ət məhsullarının qiymətinin artmasının bir səbəbi də otlaq sahələrinin az olması, ot bağlarının isə həddindən artıq baha olmasıdır. Bu gün 1 bağ otun qiyməti 5 manatdan yuxarıdır. Kəndli də bu pula ot alanda təbii ki, satdığı heyvanın qiyməti də baha olacaq. Bu səbəbdən yaxın günlərdə qiymətlərin daha kəskin bahalaşacağı gözlənilir".

Mənbə: cebheinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3407   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

Qobu kəndində təpəciklər düzləşdirilib mülki şəxslərə satılır - İDDİA + VİDEO

Qaradağ rayonunun Qobu kəndində təpəciklərin düzləşdirildiyi iddia olunur. Bu barədə -a müraciət daxil olub. Bildirilib ki, təpəcikləri qazıb, düzləşdirir, mülki şəxslərə satır, yerində ev tikirlər. Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Həmin görüntüləri təqdim edirik

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel