Əli Həsənovun nəvəsinin "Galik"lə törətdiyi dəhşətli qəzanın kamera görüntüləri silinib?

Əli Həsənovun nəvəsinin "Galik"lə törətdiyi dəhşətli qəzanın kamera görüntüləri silinib?Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib.

Sonxeber.az bildirir ki, qafqazinfo ilə əlaqə saxlayan Vaqif Əsədov Eyvaz Şahverdiyevlə bağlı yazıdan narazılığını ifadə edib:

"Əvvəlcə onu deyim ki, yol nəqliyyat hadisəsinin baş verdiyi gündən əvvəl Eyvaz Şahverdiyev məzuniyyətdədir. İkincisi, E.Şahverdiyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində deyil. Polkovnik-leytenant Eyvaz Şahverdiyev Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili şöbəsinin rəisidir və funksional vəzifəsini yerinə yetirir.

Üçüncüsü, E. Şahverdiyevin intellektual idarəetməyə cavabdeh və bütün kameralara nəzarəti həyata keçirən şəxs olduğuna dair informasiya da dəqiqləşdirilmədən verilib və yenə də qəsdən yol polisi əməkdaşlarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Belə ki, kameralar şöbəsinə nəzarəti bir başqa şöbə rəisi həyata keçirir və onun da intellektual idarəetmə sisteminə cavabdehliyi yoxdur. Beləliklə də, bu informasiya bütövlükdə Şahverdiyevlər ailəsi haqqında mənfi imic formalaşdırmaqdan başqa bir şey deyil".

V.Əsədov bildirib ki, müasir standartlara cavab verən texniki vasitələrin tətbiq edildiyi ərəfədə heç nəyi gizlətmək mümkün deyil: "Ən azından hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə informasiyası ictimaiyyətə çatdırılıb. Hazırda da hadisəylə bağlı iş aparılır. Digər görülən tədbirlərlə bağlı isə mətbuatda məlumatlar gedib".

Qeyd edək ki, bu gün mətbuatda dərc olunan yazıda deputat Astan Şahverdiyevin qardaşı Eyvaz Şahverdiyevin Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavini vəzifəsində çalışdığı, həmçinin intellektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa onda olduğu qeyd edilirdi. İddiaya görə, E.Şahverdiyev qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olması faktını gizlətməyə cəhd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2654   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021