Dahilərin qeyri-adi və əzablı xəstəlikləri

Dahilərin qeyri-adi və əzablı xəstəlikləriDünyanın elm, mədəniyyət və ədəbiyyat sahəsindəki ən böyük nümayəndələrindən sayılan bir neçə dahinin üzləşdiyi amansız xəstəlikləri təqdim edir:

Albert Eynşteyn
– Modern fizikanın atası hesab edilən Albert Eynşteyn Asperger sindromundan əziyyət çəkirdi. Bu xəstəliyə uğrayan adamlar özünü uzun müddət yuxunun caynağından xilas edə bilmir. Mütəmadi olaraq, huşsuz vəziyyətə düşə bilərlər. Beyin yarımkürələri arasındakı əlaqə çox zəif olur.

Salvador Dali – Bir rəssam üçün əsl faciə sayılası fiziki asılılıq – Parkinson xəstəliyinin daşıyıcısı idi. Diqqətin yayınması, unutqanlıq, yaddaşsızlıqla müşahidə olunan xəstəlik get-gedə cinsi həyat və psixoloji müqaviməti də zəiflədir. Dalinin həyatında daha çox birinci hal müşahidə olunurdu. Rəssam 48 yaşına qədər cinsi fobiyanın daşıyıcısı olub.

Pablo Pikasso – Daha bir böyük rəssam – ispan Pikasso isə miqrendən əziyyət çəkirdi. Unutqanlıq və informasiyanı öyrənmə, onu yadda saxlama kimi beyin prosesləri onda çox zəif gedirdi. Xüsusən də nəyisə öyrənmək onun üçün çox çətin idi. Baş ağrısının – miqrenin təsiri ilə şəkillərə fərqli yön verə bilirdi.

Qeyd edək ki, Nitşe başda olmaqla, dünyanın bir çox dahilərində bu müşahidə olunub.

İsaak Nyuton
– Bütün zamanların ən böyük alimlərindən olan məşhur fizik, filosof Nyuton başqa bir psixoloji pozuntu – Aspelger sindromuna uğrayıb. Bu sindromdan əziyyət çəkən insanlarda beyinin bütün hissələri eyni cür işləyir. Hər iki yarımkürənin fəaliyyəti bərabər olur. Bu sindromlu insanlar müxtəlif ixtisasları eyni səviyyədə bilirlər. Məsələn, Nyuton həm mühəndis, həm fizik, həm riyaziyyatçı, həm də filosof olub. Eyni sözləri Da Vinçi haqqında da demək olar. O, həm rəssam, həm ixtiraçı, həm filosof, həm də riyaziyyatçı kimi tanınırdı.

Aligyeri Dante – "İlahi Komediya"nın müəllifi Dantedə norkolepsiya və əzələ zəifliyi xəstəlikləri olub. Norkolepsiya gündüzlər özündə daim yatmaq ehtiyacı hiss etməkdir. Əzələ zəifliyi isə bu xəstəliyin nəticəsidir.

Con Neş – dünyanın ən məşhur alimlərindən biri olan Nobel mükafatlı alim şizofreniyadan əziyyət çəkirdi. O, gənc yaşlarından ta ömrünün son günlərinə qədər kimlərinsə onu izlədiyini düşünürdü. Bu insanlardan biri isə tələbəlik dövründəki otaq yoldaşı idi. Barəsində çəkilən "Ağıl oyunları" filmində Con Neşin dahiliyin "bəxş etdiyi" əzablara necə tab gətirdiyini demək olar.

Çarlz Darvin – Dəri xəstəlikləri və ciddi infeksiyadan əziyyət çəkirdi. Bu xəstəlik o qədər irəliləmişdi ki, Darvinin bədənində həşəratlar, qurdlar da gəzişməkdə idi. Darvin isə öz ənənəsinə sadiq qalaraq, kitabında "bədən qurdları"ndan da bəhs etmişdi.

Fridrix Nitsşe – XIX əsrin böyük filosolarından olan Fridrix Nitsşe özünün ən güclü ideyalarını ömrünün son 20 ilində – dəhşətli psixoloji sarsıntılardan əziyyət çəkən zaman yaradıb. Amma bu 20 il çox dəhşətli idi. Həkimlərin nüvəli mozaik şizofreniyası diaqnozu qoyduqları filosof hərəkətləri ilə bütün insanları təəccübləndirirdi. Bu xəstəliyin bir çox ağır simptomlarını özündə daşıyırdı. Məsələn, meqalomiyaya – yəni böyüklük iddiası xəstəliyinə tutulmuşdu. Özünün qısa vaxtda dünyanın bir nömrəli insanı olacağını deyirdi. Fotolarının məbəddə asılmasını istəyirdi. Bir tərəfdən belə deyirdi, amma o biri tərəfdən isə keçi kimi tullanır, küçədə atları qucaqlayır, ayaqqabısından çirkli su içirdi.

Nitsşenin ruhi xəstəliyinə səbəb isə 3 dəfə iflic keçirməsi olub. Məhz üçüncüdən sonra daimi olaraq xəstəxanaya yerləşdirilib, ömrünün son 11 ilini orada keçirib. Maraqlısı budur ki, "Zərdüşt belə deyirdi" kimi güclü fəlsəfi əsər bu illərdə yazılıb. Bu illərdə dünya fəlsəfi məktəbinə yenilik gətirən ali insan ideyası, yüksək əxlaq ideyası və faşizm ideyalarını yaradıb.

Ernest Heminquey – 1960-cı ildə Kubadan ABŞ-a dönən Ernest Heminquey bir yazıçı kimi təbliğ etdiyi ideyaların öldüyü cəmiyyətdə güclü depressiyaya qapılır. Artıq yaza bilmədiyini görür və könüllü olaraq psixoloji xəstəxanaya müraciət edir. Kəskin depressiya və əsəb pozğunluğu, zehni pozğunluq da bu vaxtdan sonra başlayır. Klinikadan çıxdıqdan sonra daha əvvəlki kimi yaza bilməyəcəyini anlayır və intihara cəhd edir. O, klinikadakı vəziyyətini bu cür təsvir edirdi: "Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beynimi dağıtmaq və yaddaşımı silib məni həyatın kandarına atmağın mənası nə idi? Bu, parlaq müalicə idi, amma onlar pasiyenti itirdilər".

Ədəbiyyata "itirilmiş nəsil" və "asyberq metodu" kimi ideyaları, "Qoca və dəniz", "Əcəl zəngi" kimi əsərləri bəxş edən Hemninquey sonra yenidən müalicə olunur. Amma axır ki, istəyinə çatır. Depressiyanın pik həddində özünü ov tüfəngi ilə vurur.(Modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2253   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021