Bakı metrosu haqqında bilinməyən QƏRİBƏ FAKTLAR

Bakı metrosu haqqında bilinməyən QƏRİBƏ FAKTLARHər gün istifadə etdiyimiz Bakı Metropoliteni yarandığı gündən etibarən çeşidli hadisələrlə üz-üzə qalıb. Bu hadisələrdən əlavə, metromuzun tarixində həm də maraqlı faktlar da mövcuddur.

Sonxeber.az "Qaynarinfo"-ya istinadən həmin faktlardan bir neçəsini sizə təqdim edir.

Bakı Metropoliteni

1. Bakıda metropolitenin tikilməsi ideyası onun açılışından 30 il əvvəl yaranmışdı. Tam həcmli tikinti işləri 1951-ci ildə başlayır və bir neçə ildən sonra ilk xəttin istifadəyə verilməsi planlaşdırılırdı. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası – Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir. 25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

2. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi.

3. Bakı Metropoliteni 1967-ci ildə "Ginnesin Rekordlar Kitabı"na Şərqdə ilk metro kimi düşmüşdür.

4. "Vestikavkaza.ru" saytı 2015-ci il oktyabrın 13-də dərc etdiyi dünyada 17 ən orijinal metro stansiyası və dəmir yolu vağzalı siyahısına Bakı metropoliteninin "Nizami" stansiyasını daxil edib.

5. Şəbəkənin tikintisi zamanı yerli metro tikintisi tarixində ilk dəfə olaraq tunel keçidlərinin qarışıq metodundan istifadə edilib: dərin su azaldılması ilə kesson üsulunun sintezi reallaşdırılıb.

6. Bakıda tunel keçidlərinin mürəkkəbliyi qəbul edilən faktdır. Metro tikintisi üzrə mütəxəssislər qeyd edirdilər ki, dünyanın başqa şəhərlərində analoji şərtlərin olduğunu söyləmək çətindir.

7. Bakıda bir neçə metro stansiyasının adı dəyişdirilmişdir.

"Şaumyan"- "Xətai", 11 may 1990

"XI Qızıl Ordu Meydanı" – "20 Yanvar", 27 aprel 1992

"28 Aprel"-"28 May" 9 aprel 1992

"Avrora" – "Qara Qarayev" 27 aprel 1992

"Elektrozavod" "Bakmil" 1 yanvar 1993

"26 Bakı Komissarı" – "Sahil", 9 aprel 1992

"Bakı Soveti" -"İçәrişәhәr", 25 aprel 2007

"Məşədi Əzizbəyov" -"Koroğlu", 30 dekabr 2011

8. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

9. 30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən Gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. Bu, 1996-cı ildən bəri metroda ilk bahalaşma idi. 2011-ci il dekabrın 1-dən etibarən metroda gediş haqqı yenidən qalxaraq 20 qəpik olmuşdur.

10. Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu 119 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4010   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021