Azərbaycana gətirilən mal əti ilə bağlı MÜHÜM AÇIQLAMA
Ukrayna bu ilin yanvar-iyul aylarında 64 mln. dollar məbləğində təzə və soyudulmuş mal əti ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə (30 mln. dollar) iki dəfə çoxdur. Sonxeber.az "Report"-a istinadən xəbər verir ki, bu, "Ukrayna Aqrar Biznes Klubu" assosiasiyasının məlumatında qeyd edilib. 2016-cı il ərzində ölkədən 82,8 mln. dollarlıq məhsul tədarük edilib.
"Bu il xarici ölkələrə daha çox dondurulmuş mal ətinin satışı artıb. Ətin ixrac strukturunda 26% təzə və soyudulmuş ətin, qalan 74% isə dondurulmuş mal ətinin payına düşür. 2016-cı ilin analoji dövrü ilə müqayisədə dondurulmuş ətin xaricə satışı 2,7 dəfə artıb və 42,3 mln. dollar təşkil edib", - deyə Assosiasiyanın məlumatda qeyd edilib.
Qeyd edək ki, Ukraynanın mal əti əsasən MDB ölkələrinə satılıb. Dondurulmuş və soyudulmuş ətin bütün tədarükü bu regiona reallaşdırılıb. Bu qrupdakı ölkələr sırasında ön yerləri Belarus (40%), Azərbaycan (22%) və Qazaxıstan (16%) bölüşür.
Bütün ixracın daha 16%-i isə Asiya ölkələrinin payına düşür. Burada Ukrayna ətinin əsas alıcıları İraq və Gürcüstan hesab edilir. Qalan mal əti isə Afrikaya, əsasən Misirə göndərilir. Cari ilin ilk yarısında təzə və soyudulmuş ətin reallaşdırılmasının orta qiyməti MDB ölkələri üçün 2,6 dollar/kq, Asiya ölkələri üçün 3,8 dollar/kq təşkil edib.
Eyni dövrdə diri iribuynuzlu malın ixracında da artım qeydə alınıb. Bu ilin yanvar-iyul aylarında xaricə 18 mln. dollar məbləğində belə növ mal satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur. Bu məhsulun əsas istehlakçıları Livan (35%), Azərbaycan (24,4%) və İordaniya (18,4%) olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2126 Tarix: 23 avqust 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vüqar Əhməd saxlanılıb? - Özü danışdı+Yenilənib
Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir. "Qafqazinfo" xəbər verir ki, bu haqda məlumat yayıb. Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu
15 dekabrRəhbərlik etdiyi qurumun borcuna görə bu məmura "stop" qoyuldu
Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sədri Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb. Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə bununla bağlı qətnamə çıxarıb. İş mateteriallarından aydın olur ki, MKTB-nin dövlət büdcəsinə 523 624,2
15 dekabrGöygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı
Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb. Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsini
15 dekabrAiləsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsində
16 dekabr"Wizz Air" Bakı-Bratislava-Bakı aviareyslərini gələn ildən icra edəcək
Macarıstanın "Wizz Air" aviaşirkətinin Bakı-Bratislava-Bakı reyslərini gələn ildən icra etməsi planlaşdırılır. bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir. Məlumata görə, Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməs
16 dekabr18 yaşadək işçilərlə bağlı yenilik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə
16 dekabrİcra başçısı baş mütəxəssisi işdən çıxardı
Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) sürücülərindən işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Hüseynəli Süleymanov baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub. Onun yerinə hələlik təyinat olmayıb
15 dekabrBakıda tələbə faciəvi şəkildə öldü
Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin
16 dekabr