Qurban Qurbanov: Əgər başqa klubdan təklif gəlsə...

Qurban Qurbanov: Əgər başqa klubdan təklif gəlsə...Ötən gün Danimarkanın "Kopenhagen" komandası ilə cavab oyununa çıxan və ilk dəfə Azərbaycandan Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov təəssüratlarını bölüşüb.

Sonxeber.az teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edir.

- Qurban müəllim, adınız dillər əzbəri olub. Əvvəla, təbrik edirik…

- Təbriklərə mən də qoşuluram. Bütün Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ"ın qələbəsi Azərbaycanın qalibiyyətidir.

- Bu oyundan sonra hansı hissləri yaşayırsınız? Nə deyə bilərsiniz?

- Hisslərimi sözlə ifadə etmək çətindir. Dünəndən bunu bacara bilməmişəm. Bir söz deyə bilərəm ki, sevinirəm... Bu, çox vacib oyun idi, çox vacib qələbə idi. Bu, Azərbaycan tarixində bir ilk idi. Azərbaycan futbolunun inkişafı naminə böyük addım atıldı.

- İlk hissədə komandamıza qol vurmaq üçün nə mane oldu? Yaxud nə çatışmadı?

- Futbol elə bir oyundur ki, hər gördüyün həyəcanlı epizod qolla nəticələnmir. Mən buna çatışmazlıq desəm, düzgün olmaz. Birinci hissədə bir az zəif oyun oldu. Amma oyunçularımız özlərini tez toparladılar.

- Fasilədə hansı taktiki tapşırıqlar verdiniz?

- Fasilədə bəzi oyunçulara əlavə tapşırıqlar verildi. Çox yox, kiçik dəyişikliklər etdik. Amma ümumən, komandanı daha diqqətli olmağa çağırdım. Topa və qapımıza sahib çıxmağı tələb etdim. Şükürlər olsun Allaha, oyun ümumən pis alınmadı.

- Mahir Mədətovun keçən oyundakı qolunun qələbədə danılmaz rolu oldu…

- Ümumiyyətlə, hər oyunçunun hər oyunda üzərinə xüsusi vəzifə qoyulur. Bir oyunda Mahir qol vurur, digərində Dino, başqa bir oyunda Qarayev... Futbol elə oyundur ki, bəzən bircə qol hər şeyi həll edir. Bakıdakı oyunda vurulmuş qol bu oyuna da təsir göstərdi. Birincisi, bizə ruh yüksəkliyi verdi, ikincisi "1-2" hesabı ilə Çempionlar Liqasına düşməyimizə səbəb oldu.

- Rəqibin üçüncü qolu vurmaq təhlükəsi böyük idimi?

- Təhlükə vardı. Çünki "Kopenhagen" öz meydanında oynayırdı. Çox istəkli idilər... Şansları da yüksək idi. Ələlxüsus, taktiki hücum vəziyyətlərində bu təhlükə daha çox idi. Amma biz çalışdıq və bunun qarşısını aldıq.

- Sizcə, oyunçulara kömək olan əsas amil nə oldu?

- Futbolçuların oyunda xüsusi diqqətli oynamaları əsas amil idi. Cərimə meydançasından neçə oyunçu gəlirdisə, bizim əsas məqsədimiz onların hər birinə nəzarət etmək və onlara imkan verməmək idi. Bu mənada, oyunçularımız öz vəzifələrinin öhdəsindən layiqincə gələ bildilər.

- Rəqib komandanın güclü azarkeş təzyiqi haqda nə deyə bilərsiniz?

- Azarkeş təzyiqi güclü idi. Amma ilk dəfə deyildi, biz belə güclü rəqib meydançasında və azarkeş qarşısında oynayırdıq… Dəfələrlə belə çevrədə oynamışıq.

Əlbəttə, oyuna azarkeş təsiri də olur. Oyunçularımız bu basqını hiss edirdilər. Amma biz sırf oyuna köklənməyə çalışırdıq.

- Matç öncəsi oyunçulara son sözünüz nə olmuşdu?

- İnanın ki, xatırlamıram... Çünki bir az emosional və həyəcanlı idik. Futbolçuları dəfələrlə diqqətli olmağa, oyunun içində olmağa və idarəetməni itirməməyə çağırırdım. Oyundan öncə tapşırıq verəndə ancaq nəzarəti əldən buraxmamağı tapşırırdım.

- Yaxşı, oyun bitdikdən sonra oyunçulara ilk olaraq nə dediniz?

- Bu, ümumiyyətlə, yadımda deyil. (Gülür). Onu bilirəm ki, sevincdən qəhər məni boğdu, göz yaşlarına tutuldum. Əlbəttə, oyunçuları təbrik edə bildim…

- Çempionlar Liqasının qrupunda hansı komandalarla qarşılaşmaq istərdiniz?

- Düzü, bu, istəklə deyil. Liqaya düşən bütün komandalar güclüdür. "Qarabağ" da ən güclülərdəndir. İnşallah, uyğun oyun qurmağa çalışacağıq.

- Qurban müəllim, bu qələbə ilə bir məşqçi olaraq diqqətə çıxdınız. Başqa klublardan təklif almaq ehtimalı böyükdür. Nə vaxtsa hansısa kluba müsbət cavab verə bilərsiz?

- Bəlkə, bu gün bir az istirahət edək?.. Biz hər zaman bacardığımız qədər çalışırıq ki, "Qarabağ"ın uğurları artsın. Azərbaycan irəliləsin!

- Amma azarkeşlərin, sosial şəbəkənin minlərlə istifadəçilərinin narahatlığı var ki, Qurban Qurbanov bundan sonra "Qarabağ"dan gedə bilər.

- Yox, elə bir fikrim yoxdur. Ümumiyyətlə, heç vaxt olmayıb. İndiyə qədər "Qarabağ"la olmuşam, bundan sonra da başqa fikrə düşməyəcəm...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3307   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

Azərbaycanlı baş məşqçi Xavi ilə görüşəcək - FOTO

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub. "Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb. Mütəxəssisi

24 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21 aprel
.

Dünyanın ən uğurlu futbol klubları - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) hər ay müntəzəm olaraq dərc etdiyi ilin komandalarının siyahısını yeniləyib. xəbər verir ki, siyahıya "Mançester Siti" liderlik edir. Dünyanın ən uğurlu futbol klublarını təqdim edirik:. 1. "Mançester Siti". 2. "Rea

16 aprel
.

Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının illər əvvəl argentinalı ulduz Lionel Messi ilə çəkdirdiyi şəkil sosial şəbəkələrdə paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, millimizin üzvünün bu fotosu maraqla qarşılanıb. Qeyd edək ki, Musa Qurbanlı hazırda İsveçi

18 aprel
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21 aprel
.

"Real"ın gələcək futbolçusu sevgilisi ilə qəribə müqavilə imzaladı

Braziliyalı hücumçu Endrik sevdiyi qızla bir neçə qəribə bəndin yer aldığı müqavilə bağladığını bildirib. xarici mediaya istinadla bildirir ki, futbolçunun 17 yaşı olsa da, onu böyük gələcəyin gözlədiyi aydındır. 16 yaşında "Palmeiras"da debüt edib və 2022-ci ilin dekabrında "Real"

24 aprel