İdmançılarımız OTELDƏN QOVULMAQLARINDAN DANIŞDI: "Azərbaycanlılara söz atdılar, biz də..."

İdmançılarımız OTELDƏN QOVULMAQLARINDAN DANIŞDI: "Azərbaycanlılara söz atdılar, biz də..."Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlının dincəlmək istədikləri "Sirene Belek" otelindən qovulması ilə bağlı xəbər vermişdik.

Bu barədə Yenicag.az-a sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqat Atakişiyev və güləşçi Turxan Qurbanovun olduğu da məqalədə öz əksini tapmışdı.

Məqaləni dərc etdikdən sonra BiG.AZ-la əlaqə saxlayan sözügedən idmançılar hadisəni təkzib etdilər və əslində mübahisənin başqa məsələyə görə baş verdiyini, oteldən qovulma məsələsinin isə həqiqətdən kənar olduğunu bildirdilər: "Məqalənin dərc olunması ümumilikdə Federasiyanı narahat elədi. Çünki bu məsələ tamamilə reallıqdan kənardır. Biz orda tam başqa bir şeyə görə mübahisə etmişdik. Orada Türkiyə polisləri azərbaycanlı bir ailəyə qarşı haqsızlıq etdi ivə vətəndaşımıza səsini qaldırdı. Orada mübahisə yarandıqda isə biz həmyerlimizi tək qoymadıq. Onlara yaxınlaşdıq. Bir az mübahisə böyüdükdən sonra polislərin komandiri yaxınlaşdı. Bir müddət sonra mübahisə sakitləşdi və hər kəs aralaşdı. Biz də istirahətimizə davam etdik. Yəni heç kim bizi oteldən qovmayıb, belə bir hadisə yaşanmayıb. Kiçicik bir mübahisə idi o da həll olundu. Xahiş edirik ki, biz idmançıların və federasiyanın narahatlığını nəzərə alaraq yaşanmış bu həqiqəti izləyicilərinizə çatdırasınız ki, anlaşılmazlıq yaranmasın. Sizə də təşəkkürümüzü bildiririk".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3715   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021
.

"Qalatasaray"ın keçmiş prezidenti koronavirusdan VƏFAT ETDİ

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş prezidenti vəfat edib. -a istinadən bildirir ki, 84 yaşlı Duygun Yarsuvat müalicə aldığı xəstəxanadan koronavirusdan dünyasını dəyişib

10 sentyabr 2021
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb. verir ki, bu barədə Turin klubu məlumat yayıb. Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədə

5 sentyabr 2021
.

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO

Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir

5 sentyabr 2021
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald

15 sentyabr 2021
.

Rusiyada olimpiya çempionunun medalları OĞURLANDI

Rusiyada naməlum şəxslər tennis üzrə "Rio-2016" Olimpiya Oyunlarında qızıl və Tokio Olimpiadasında gümüş medal qazanan Elena Vesninanın evini qarət ediblər. xəbər verir ki, tennisçinin özü "TASS"a bildirib ki, digər əşyaları ilə birgə hər iki Olimpiya medalı da oğurlanıb. Onun sözlərin

12 sentyabr 2021