Qeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU - FOTO

Qeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU - FOTOHətta müasir texnologiyadan uzaq olan şəxslər belə Stiv Cobsu (Steve Jobs) yaxşı tanıyır. O, uzun müddət şəxsi həyatını ictimaiyyətdən gizli saxlasa da, sonralar rəsmi biqrafiyasının qələmə alınmasına razılıq vermişdi. Bəs Stiv Cobs kimdir?
BiG.AZ Publika.az-a istinadən bildirir ki, Apple imperiyasının qurucusu haqda bilmədiyiniz ən maraqlı faktları sizinlə bölüşəcəyik. Çünki Cobsun həyatı da ixtiraları kimi maraqlı və əsrarəngizdir.
Suriyalı tələbənin "istənməyən" oğlu
1955-ci fevralın 24-də ABŞ-ın San Fransisko şəhərində politologiya fakültəsinin gənc tələbəsi suriyalı Əbdulfəttah Candali və Coanna Şiblin nikahdankənar oğlu dünyaya gəlir. Cütlük körpədən imtina etdikdən sonra, onu Kaliforniyada yaşayan Pol və Klara Cobs ailəsi övladlığa götürür. Bir müddət sonra isə Stivin bioloji valideynləri suriyalı tələbə Əbdülfəttah və Coanna rəsmi nikaha daxil olurlar, buna səbəb isə ikinci övladlarının dünyaya gəlməsi olur. Stivin bioloji bacısı yazıçı Mona Simpson doğma valideynlərinin ailəsində böyüyür. Bacısı ilə Stivin ilk görüşü isə nə az, nə çox 27 il sonra Monanın romanının təqdimat mərasimində baş tutur. Tezliklə onların arasında bir-birinə qarşı əsl doğmalıq, səmimi münasibət yaranır. Mona hər zaman Stiv haqda böyük qürurla bəhs edirdi. Bacısı ona bioloji valideynlərindən tez-tez danışsa da, Stiv onlarla görüşdən boyun qaçırırdı. Atası illər sonra verdiyi müsahibələrin birində belə deyir: "Oğlumla hətta bir fincan qəhvə içmək belə, məni dünyanın ən xoşbəxt insanı edərdi, lakin "suriyalı qürurum" ilk addım atmaqda hər zaman mənə mane olub. Stiv öz növbəsində atasından geri qalmasa da, anası ilə daha isti münasibəti olub. Belə ki, o, bəzi tədbirlərinə anasını da dəvət edərdi. Buna baxmayaraq Stiv öz uğurunda şəxsi müsbət keyfiyyətlərinə və ən əsası onu böyüdən valideynlərinə borclu olduğunu qeyd edirdi.
Xırda biznesdən maqnatlığa doğru gedən yol
Stivin elektronikaya həvəsi məktəb illərindən yaranmağa başlamışdı. Adaşı Stiv Voznyakla tanışlıqdan sonra isə kompüter texnologiyaları ilə bağlı biznesə qoşulmağa qərar verir. Əfsanəvi əməkdaşlığın ilk məhsulu isə "BlueBox" adlı cihaz olur. Bu cihaz öz sahibinə ödənişsiz şəhərlərarası zənglər etmək imkanı qazandırırdı. 1 ədəd "BlueBox"-un dəyəri isə 150 dollar təşkil edirdi. Cihazın hazırlanıb, quraşdırılması ilə Voznyak, qeyri-qanuni satışı ilə isə 13 yaşlı Cobs məşğul olurdu. Bu əmək bölgüsü tərəfdaşlar arasında gələcəkdə də, eyni qaydada davam etdiriləcəkdi. Yalnız bu dəfə tam qanuni biznes şəkilində.
1972-ci ildə məktəbi bitirən Cobs Oreon ştatında yerləşən Rida kollecinə qəbul olur. Stiv elə həmin il maddi çətinlik üzündən "Atari" şirkətinə işə daxil olur. Bu şirkət əsasən kompüter oyunlarının istehsalı ilə məşğul olurdu. 4 il sonra Voznyak ilk kompüterini yaradır, Cobs isə həm "Atari"də işinə davam edir, həm də dostunun istehsal etdiyi kompüterlərin satışı ilə məşğul olur. Elə bu əməkdaşlıqdan "Apple" şirkəti yaranır. "Apple" adını Cobs şirkətə təsadüfən vermir. Axı yalnız bu halda firmanın telefon nömrəsi "Atari" şirkətindən öndə gələcəkdi. "Apple" şirkəti 1976-cı il 1 aprel (gülüş günü) tarixində fəaliyyətə başlayıb. Firmanın ilk ofisi isə Cobsun valideynlərinin qarajı idi. Şirkətin ilk məhsulu "Apple 1" adı ilə tarixə düşən kompüter olur. Hər il tərəfdaşlar bu kompüterdən 200 ədəd sataraq, kifayət qədər məhşurlaşırlar. Bu kompüterlərin hər birinin qiyməti isə 666 dollar 66 sent dəyərində idi.

"Alma" imperiyasının qurucusu
Qazandığı uğurlara rəğmən 80-ci illərin əvvəllərində Stiv Cobs artıq böyük şirkətə çevrilən "Apple"-də tədricən nüfuzunu itirməyə başlayır. Onun şirkəti idarə tərzi öncə bəzi söz-söhbətlərin, sonra isə böyük konfliktlərin yaranmasına gətirib, çıxardır. Beləcə, 1985-ci ildə 30 yaşlı Cobs İdarə heyətinin qərarı ilə şirkətdən uzaqlaşdırılır. Bundan sonra özünü biznesin bir sıra uğurlu yönlərində sınayır. 2006-ci ildə məşhur "Wolt Disney" şirkətinin 7% idarəsi Cobsun ixtiyarına keçir.
Məşhur maqnat 1997-ci ildə yenidən "Apple" şirkətinə geri dönür. 2000-ci ildən "iMac" kompüterlərinin uğurlu istehsalına başlanılır. Bunun ardından şirkət "iPhone", "iPad" kimi dünyaya səs salan layihələrə imza atır.

Xəstəlik
2003-cü ildə tibbi müayinə zamanı Cobsda nadir rastlanan xərçəng növü aşkarlanır. Mədəaltı vəzin xərçəngi. Bu xəstəliyin əməliyyatla tam sağalması mümkün olsa da, Stiv əməliyyatdan imtina edir. 9 ay təbii üsullarla müayinə olunan nüfuzlu biznesmen, sonunda əməliyyat olunmağa qərar verir. 2008-ci ildə isə Cobs yeni bəla ilə üz-üzə qalır. Bu dəfə isə o qaraciyər köçürməsi əməliyyatı keçirdir. 2011-ci ildə Cobs "iPad 2"-nin təqdimetmə mərasimində iştirak edir. Elə bu tədbirdə bütün mətbuatın gözü onda idi. Stiv çox arıqlamışdı. Elə həmin il "dünyanı dəyişən insan" 56 yaşında bu dünyaya gözlərini əbədi yumur. Gənclik illərində o, ölümü həyatın ən böyük ixtirası adlandırırdı və ölümdən qorxmadığını vurğulayırdı. Lakin 1990-cı ildə Lorenlə ailə qurduqdan sonra fikirləri tamam dəyişir. Onların çox xoşbəxt ailəsi vardı. Bu nikahdan 4 övladları dünyaya gəlmişdi. Yaxınlarının dediyinə görə, Stiv çox gözəl ailə başçısı idi. Övladlarının valideyn iclaslarında şəxsən iştirak edir, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmirdi. Son müsahibələrinin birində Stiv "Həyatı çox sevdiyini, və ölümdən qorxduğunu demişdi. "Mən ailəmi çox sevirəm, onlar mənim həyatımdır, buna görə də həyatdan ayrılmaq istəmirəm"

Zövqün zirvəsində duran zövqsüz milyonçu
Stiv Cobs rəsmi mərasimlərə tanınmış geyim dizaynerlərinin məhz onun üçün hazırladıqları bahalı kostyumlarda qatılırdı. Lakin, adi günlərdə o sadə cins, qara köynək və idman ayaqqabısında gəzirdi. Bu da mətbuatın gözündən yayınmırdı. Çox vaxt jurnalistlər ona zarafatla "Apple şirkəti oz markalarını yeniləyir, amma Stivin geyimi illərdir eyni qalıb" deyirdilər.
Bu sözlər isə milyonların qibtə edəcəyi sərvətə sahib, şəxsi təyyarəsində səyahətlərə çıxan Stivi heç də qıcıqlandırmırdı. O, hər zaman deyirdi: "Başqalarının haqqımda nə düşündüyü mənə zərrə qədər maraqlı deyil. Bir vaxtlar mənim heç öz otağım yox idi və dostlarımın mənzilində quru döşəmədə yatırdım. Yemək almaq üçün isə boş "Coca-Cola" şüşələri satırdım. Hər bazar günü pulsuz nahar etmək üçün kilsəyə 10 kilometr yolu piyada gedirdim. Nə olsun ki, mən o günlərimdə də çox xoşbəxt idim!"
Qeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU - FOTOQeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU - FOTOQeyri-qanuni nikahdan doğulan, valideynlərinin atdığı ZÖVQSÜZ MİLYONÇU - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3549   Tarix: 29 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Axtarışda olan 25 yaşlı fəhlənin cəsədi tapıldı

Günlərdin itkin düşən 25 yaşlı gəncin cəsədi tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Dərə yatağının qamışlıq sahəsində hərəkətsiz bir adam görən şəxslər polisə xəbər verib. Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qrupları müayinə zamanı hərəkətsi

25 aprel
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25 aprel
.

İtkin düşən uşağın meyiti çayda tapıldı

Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat

24 aprel
.

Cənubi Koreya məmurlarını hürən itlə müqayisə etdi

"Cənubi Koreya Şimali Koreyaya qarşı güc tətbiq etməyə cəhd edərsə, məhv ediləcək". "Qafqazinfo" Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjon danışıb

24 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel
.

Qadın qapısı açıq avtobusdan YIXILDI - VİDEO

Türkiyədə qadın qapısı açıq avtobusdan yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, Adananın mərkəzi Sarıçam rayonunda qapısı açıq vəziyyətdə avtobusdan yıxılan qadın ağır yaralanıb. Qadının yolda yıxıldığı anı avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ətrafdakıların xəbəri üzərin

26 aprel