Ruhinin ailəsi dağılır: xanımı uşaqlarla birlikdə evdən getdi - FOTO
İngiltərə yığması və "Mançester Yunayted"in sabiq ulduzu, hazırda "Everton"un heyətində yer alan Ueyn Runinin ailəsi dağılmaq üzrədir. Səbəbsə onun 29 yaşlı Laura Simpson adlı qadınla arvadı Kolin Runiyə xəyanət etməsinin aşkarlanmasıdır.
31 yaşlı Ueyn Runi L.Simpsonu qucaqladığını və öpdüyünü, sonra da qadını evinə ötürdüyünü etiraf edib.
Futbolçunun xanımı, 3 oğul anası, 4-cü uşağa hamilə olan Kolin Runi İspaniyadakı istirahətini yarımçıq qoyaraq qayıdıb.
O, əri ilə gərgin mübahisə və davadan sonra uşaqları da götürərək evi tərk edib.
31 yaşlı Kolin Runi 130 min dollarlıq Range Rover Overfinch avtomobilində atası evinə yollanıb. O, uşaqları ilə birlikdə Liverpul şəhərində, atasının evindədir.
Kolin Runinin atası Toni Maklaflin olayla bağlı heç bir şərh vermək istəməyib.
O, 9 illik nikahdan sonra Ueyn Runidən boşanmaq niyyətindədir.
4 yaşlı oğlu olan, 3 il əvvəl ərindən boşanmış Laura Simpson isə İngiltərənin Çeşir qraflığındakı Uilmslou şəhərində "Symposium" restoranında Ueyn Runi ilə əyləndiyini deyib.
"Ueyn çox içmişdi. Amma məni evə aparacağını dedi. Sonra öpüşdük və yola düşdük. Yolda Ueyni polis saxladı", - daşınmaz əmlak agenti olan L.Simpson deyib.
Kolin Runi isə dünən oğullarının fotolarını İnstagram-dakı profilində paylaşaraq yazıb: "Harada olmağımdan asılı olmayaraq onlar həmişə yanımdadır və ümid edirəm ki, həmişə belə olacaq".
Bu gün bəlli olub ki, Laura Simpson "Seeking Arrangement" tanışlıq saytı vasitəsilə uzun müddətdən bəri özünə "pullu məşuq" arayırmış.
L.Simpsonun "sevgili"ləri sürəkli dəyişdiyi də bəlli olub.
Xatırladaq ki, məşhur ingilis futbolçu, "Everton" klubunun forvardı Ueyn Runi sərxoş vəziyyətdə avtomobil sürərkən polis tərəfindən saxlanılıb.
Çeşir qraflığının polisi 31 yaşlı futbolçunun sərxoş olduğunu təsbit edəndən sonra onu buraxıb.
Bəlli olub ki, Ueyn Runi Elderli Eyc şəhərciyindəki "The Bubble Room" restoranında "Mançester Yunayted"in sabiq oyunçusu Ues Braunla içib sərxoş olandan sonra masaya dırmaşaraq rəqs edib.
Daha sonra o, "Piccolino" restoranına yollanıb və burada 29 yaşlı Lora Simpsonla tanış olub.
5 yaşlı oğlunu təkbaşına böyüdən, ofisdə çalışan Lora Simpsonla əylənən Runi gecənin bir aləmində qadının "Volkswagen Beetle" avtomobilinin sükanı arxasına əyləşib.
Ueyn Runi və Lora Simpson "Symposium" restoranına yollanıblar. Burada da içib keflənən Runi L.Simpsonu evinə aparıb, orada qadınla sağollaşaraq Pretsberidəki malikanəsinə qayıdıb.
Futbolçunun məhkəmə prosesi sentyabrın 18-də olacaq.
U.Runinin üç övladının anası, 4-cü uşağa hamilə, 31 yaşlı Kolin Runi isə uşaqları ilə birlikdə İspaniyanın Mayorka kurortunda idi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş