Siyavuş Aslanla bağlı bu xəbər ÜRƏK DAĞLADI

Siyavuş Aslanla bağlı bu xəbər ÜRƏK DAĞLADIBu gün mərhum sənətkar Siyavuş Aslanın doğum günüdür.

Sənətkar Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb.

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.

Ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.Bu il iyunun 17-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin...

Mədəniyyət   Baxılıb: 6091   Tarix: 05 sentyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az