Hazır olun! Azərbaycanın döyüşə başlayacağı gün

Hazır olun! Azərbaycanın döyüşə başlayacağı gün"Bir ildən sonra Bakı üçün müharibədən başqa yol qalmayacaq"

Gələn ilin yazında Ermənistanda parlament üsul-idarəsinə keçiləcək və prezidentlik vəzifəsi ləğv ediləcək.

Bir çox erməni ekspertlər prezident vəzifəsinin ləğv edilməsi ilə Ermənistanın Qarabağ danışıqlarını tərk edəcəyini vurğulayırlar. Yəni onların iddialarına görə, Azərbaycan 2018-ci ilin aprel ayından ya danışıqları Xankəndidəki işğal rejimi ilə aparmalı, ya da münaqişəni müharibə yolu ilə həll etməyi seçməlidir.

Rusiya ermənilərinin qəzeti "Noyev Kovçeq"də bu barədə məqalə yazmış erməni politoloq Aleksandr Svarans diplomatiyada geriyə yol olmadığını və Azərbaycanın Xankəndi ilə danışıqlar masasına oturmağaycağını, müharibə yolu seçəcəyini vurğulayır:

"Qarabağda növbəti müharibə daha dağıdıcı olacaq, şəksiz ki, münaqişə tərəflərinin iqtisadi və hərbi potensialının uzun müddət üçün dağıdacaq. Həmçinin üçüncü qüvvələrə regionda öz maraqlarını gerçəkləşdirmək üçün imkan əldə edəcəklər",- deyə Aleksandr Svarans bildirib.

Svaransın fikrincə, "üçüncü qüvvələr" ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər - ABŞ, Rusiya və Fransa olacaq: "Formal olaraq onların maraqları Qarabağ məsələsində üst-üstə düşür, reallıqda isə tamamilə əksinədir. Ola bilər ki, məhz bu durum Ermənistanın və Azərbaycanın konstruktiv dialoq və real güzəştlər əldə etməsinə imkan vermir".

Ermənilər hər vəchlə zamanın Azərbaycanın xeyrinə işləmədiyini, Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibinə qaytarılmaycağını iddia edirlər. Onlar azərbaycanlıları inandırmağa çalışırlar ki, zaman Azərbaycanın xeyrinə işləmir və Rusiya heç zaman Qarabağın Azərbaycana qaytarılmasına icazə verməz və s. Onlar Azərbaycanı Madrid prinsiplərinin təslimçi bəndinə - Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün keçmiş muxtar vilayət ərazisində və Kəlbəcər və Laçın rayonlarını əhatə edən dəhlizdə referendum keçirilməsinə razı salmağa çalışırlar. Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və sərhədlərin toxunulmaz olması barədə Helsinki bəyannaməsinə zidd olan belə tələblərə razılıq verməyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində erməni ekspertlərin iddialarının mənasız olduğunu vurğulayır:

"Münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun müəyyən etdiyi format var - danışıqlar Azərbaycanın dövlət başçısı ilə Ermənistanın dövlət başçısı arasında getməlidir. Hələ ki, Ermənistanın dövlət başçısı prezidentdir, ona görə danışıqlar onunla aparılır. Apreldən sonra dövlət başçısı baş nazir sayılacaq və danışıqlar onunla aparılacaq. Bir sıra ölkələrdə - İsraildə, İtaliyada dövlət başçıları baş nazirlərdir. Yəni bu məsələni dəyişmir və ermənilərə də bu aydındır".

Amma erməni ekspertlərin can-fəşanlığının öz səbəbi var - danışıqlar və Ermənistanın beynəlxalq aləmdən təcridi uzadıqca bu ölkədən miqrasiya artı rvə onlar sülhü tezləşdirməklə bu köçü dayandırmağa çalışırlar. Hətta Azərbaycan sərhədindən uzaq regionlarda, xüsusilə də Gürcüstan sərhədində belə, kəndlər tamamilə boşalır və şəhərlərdə əhali sayı dəfələrlə azalır. Məsələn, Ermənistanın ikinci paytaxtı sayılan Gümrüdə sovet illərində 300 minə yaxın adam yaşadığı halda, indi 70 minə düşüb. Ölkədə 100-ə yaxın kənd lağv olunub və 300-ündə isə evlər boşalıb və yalnız icra nümayəndələrinin ailələri qalıb. Ermənistanda kənd sayı isə 900-ü keçmir. Yəni kəndlərin 40 faizi tamamilə ləğv edilib və ya boşalıb.

Ermənistan KİV-ləri müstəqillik illərində ölkə əhalisinin 3,7 milyondan 1,9 milyona qədər azaldığını bildirirlər. Amma diaspora erməniləri ölkə əhalisinin real olaraq 1,4 milyona düşdüyünü bildirlər. Pentaqonun yaydığı proqnozlar daha acınacaqlıdır, onların fikrincə, 2050-ci ildə Ermənistanda cəmi 800 min adam qalacaq. Yəni bu milli fəlakətdən onları yalnız Azərbaycanla imzalanmış sülh müqaviləsi xilas edə bilər ki, rəsmi Bakı bu müqaviləni yalnız Azərbaycanın ərazi bütövlüynün təmin edilməsi çərçivəsində imzalaya bilər.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3133   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel