Mən xalqların qarışığından yaranmışam – Lütfü Zadədən MARAQLI FİKİRLƏR

Mən xalqların qarışığından yaranmışam – Lütfü Zadədən MARAQLI FİKİRLƏRSonxeber.az kulis.az-a istinadən xəbər verir ki, görkəmli alim Lütfi Zadənin müxtəlif vaxtlarda verdiyi müsahibələri əsasında hazırladığı "Həyat qaydaları"nı təqdim edir.

1. Riyaziyyat üzrə təhsil almasam da həmişə riyaziyyatın üstünlüyünə inanmışam. 60-cı illərin əvvəllərində artıq riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasındakı uçurumu dərk etməyə başladım.

2. Problem ondadır ki, riyaziyyat siniflərin dəqiq sərhədlərə malik olduğunu irəli sürür, real dünyada isə siniflərin sərhədləri qeyri-səlisdir. "Qeyri-səlis çoxluq" nəzəriyyəsi riyaziyyatın əsaslarının genişləndirilməsi üçün qapılar açır.

3. Bakıdakı 16 nömrəli məktəbin 3-cü sinfində oxuyurdum. İbtidai məktəbdə oxuyanda elmə və kəşflərə marağın daha çox üstünlük təşkil etdiyi bir mühitin təsiri altında idim. Bu mühit mənim bütün sonrakı həyatımın intellektual inkişafını formalaşdırdı. Mən hələ kiçik yaşlarından elmə böyük maraq göstərirdim. O vaxtlar keçmiş Sovet İttifaqında alimləri və mühəndisləri çox yüksək qiymətləndirir və onlarla fəxr edirdilər. Belə bir mühit məni gələcəkdə alim və mühəndis olmağa həvəsləndirirdi.

5. Qeyri-səlis məntiq nəzəriyyəsinə həsr olunmuş məqaləm ilk dəfə 1965-ci ildə "Information and Control" jurnalında dərc olundu. Çox maraqlıdır ki, ilk vaxtlarda nəzəriyyə etinasızlıq, şübhə və kinayə ilə qarşılandı. Nəzəriyyə barədə müsbət fikirlər olduqca az idi. Buna baxmayaraq, mənim işlərim Yaponiyada alqışlanır və heyranlıqla qarşılanırdı. Mənfi rəylərlə yanaşı, mən tezliklə Yaponiyadan, bu ölkənin sənaye və beynəlxalq ticarət hökumət palatasından məktub aldım.

6. Bəşəriyyətin gələcək inkişafı üçün ən güclü texnologiya - informasiya-kommunikasiya texnologiyaları olacaq.

7. Məni Eynşteynlə, Aristotellə bir sıraya qoymaqları xoşuma gəlmir. Sadə adamam mən. Normal adi və sadə.

8. Həmişə xəbərlərlə maraqlanmışam. Hələ Bakıda yaşayanda – 6-7 yaşım olanda həmişə "Bakinski rabochi" qəzetini alırdım. Döşəyimin altında həmişə bu qəzet olurdu. Qəzet oxumaq, televiziyaya baxmaq hobbim olub. Ümumiyyətlə, üç hobbim var: əsas - birincisi, fotoqrafiyadır, biri Hi-Fi – radio, səsucaldıcı qurğu və s. Üçüncü hobbim isə xəbərlərdir. Mən həmişə müxtəlif ölkələrdə baş verənlərlə çox maraqlanıram.

9. İstədiyinə doğru inadla getmək. Çətinlikdən qorxmamaq. Bu, daha çox Türk ənənəsidir. Bu, mənim xarakterimin tərkib hissəsidir. Mən çox inadkar ola bilirəm. Bu, yəqin ki, "Qeyri–səlis məntiq nəzəriyyəsi"ni inkişaf etdirmək üçün mənə faydalı oldu.

10. Azərbaycan mənim doğulduğum ölkədir, təhsilimin bir hissəsini burada almışam. Burada dostlarım var, mən Azərbaycanın istiliyini, mədəniyyətini sevirəm. Sevmədiyim cəhətinə gəlincə... Bu, bir çox ölkələrdə var. Məsələn, İranda sənin valideynlərinin nəçi olması çox vacibdir sənin irəli getməyin üçün. Amerikada isə belə bir problem yoxdur. Əgər sən yaxşı işləyirsənsə, heç bir maneə ilə üzləşməyəcəksən.

11. Məsələ bu deyil ki, mən amerikalıyam, rusiyalıyam, azərbaycanlı, iranlı, ya da başqa xalqdanam. Mən bu xalqlardan formalaşmışam və özümü onların hər birinin arasında rahat hiss edirəm.

12. İnanclı insanlara hörmətim var. Ateist deyiləm. Amma bu və ya digər dinə inanan, kilsəyə, məscidə gedən adam deyiləm. Amma Allah adamıyam. İnanclılara böyük hörmətim var.

13. Arvadım Fey yaxşı aşbazdır. Məni sevindirmək istəyəndə plov bişirir. Sevimli restoranıma gedəndə isə "Badımcan dolması" sifariş edirəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1578   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni "Titanik" suya buraxılacaq

"Titanik"in yeni nüsxəsi üç ildən sonra okeana çıxacaq. Avstraliyalı milyarder Kliv Palmer bunu öz vəsaiti ilə edəcək. Biznesmen layihə ideyasını 12 il əvvəl ortaya atsa da, pandemiya səbəbindən onun icrası təxirə salınıb. "Titanik"də daxili elementlərin də eyni olması planlaşdırılır

17 mart
.

Laçın şəhərinə qayıdan sakinlərin əsas məşğuliyyətləri nələrdir? - VİDEO

Laçın 32 ildən sonra yenidən çiçəklənir. Laçınlılar öz dədə-baba yurdlarını öz əlləri ilə qurub, yaradırlar. Zabux sakini Namiq Abbasov xeyir işlər üçün əlinin zəhməti ilə stol, stullar hazırlayır. Laçın şəhərinə qayıdan sakinlərin əsas məşğuliyyətləri nələrdir?( )

23 mart
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24 mart
.

Avtomobillərdəki bu düymə nə işə yarayır?

Avtomobillərdə hər zaman gördüyümüz, lakin çoxumuzun nə etdiyini bilmədiyimiz "daxili dövriyyə" düyməsi maraq doğurur. Daxili dövriyyə düyməsi avtomobilin kondisioner sistemlərində olan bir xüsusiyyətdir. Bu düymə avtomobilin daxili hava dövranını idarə etmək üçün istifadə olunur. Buna bəzən"resirkulyasiya"

24 mart
.

İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

İlon Maska məxsus "SpaceX" şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Məlumata görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir

17 mart
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24 mart
.

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqlar tapılmır - VİDEO

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqları tapmaq müşkülə çevrilib. -ın məlumatına görə, çeşid çox olsa da, müştərilərə ya xaricdən gətirilmiş, ya da süni göllərdə yetişdirilmiş balıqlar təklif olunur. Satıcılar deyirlər ki, hər il bu vaxtlarda bazarlarda Xəzər fareli və kefalı, növbəti ayda

24 mart
.

Limon və sodayla çirkli qabları necə yumaq olar? – Faydalı məsləhət

Bir çox evdar qadın qablar üçün xüsusi yuyucu vasitələrdən istifadə etməyi xoşlamır. Belə ki, onlar həmin vasitələri zərərli hesab edir. -a istinadən bildirir ki, həqiqətən bu cür yuyucu məhsulların tərkibinin tam keyfiyyətli olduğunu demək çətindir. Çünki yaxşı tərkibli məhsulların qiyməti də yüksəkdir

17 mart
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24 mart