Benzinlə bağlı Azərbaycan əhalisinin heç vaxt eşitmədiyi MÜHÜM XƏBƏR !

Benzinlə bağlı Azərbaycan əhalisinin heç vaxt eşitmədiyi MÜHÜM XƏBƏR !Gürcüstan Azərbaycandan benzin və dizel yanacağının idxalını azaldıb

Gürcüstan ötən ay Azərbaycandan 11,6 min ton benzin və dizel yanacağı idxal edib.
Fins.az-ın verdiyi xəbərə görə, avqust ayında qonşu ölkəyə idxal olunmuş benzin və dizel yanacağının 11,5%-i Azərbaycanın payına düşüb.
İyul ayı ilə müqayisədə Gürcüstanın Azərbaycandan qeyd olunan neft məhsullarının idxalı 16,7 min ton azalıb. Ötən ay Gürcüstana benzin və dizel yanacağının idxalı 100,1 min ton təşkil edib ki, bu da iyul ayının göstəricisindən 19,3 min ton azdır.
Avqust ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısına Rumıniya (34,0 min ton) başçılıq edir. Gürcüstan həmçinin Bolqarıstan (20,1 min ton), Rusiya (18,2 min ton), Türkmənistan (8,5 min ton), Yunanıstan (6,5 min ton) və Ukraynadan (1,7 min ton) da sözügedən neft məhsullarını idxal edib.

İqtisadiyyat   Baxılıb: 2998   Tarix: 08 sentyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az