Xəbərdarlıq - Küçəyə çıxmayın!

Xəbərdarlıq - Küçəyə çıxmayın!Ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, ötən gün havada tozun miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.
Bu dəfə səbəb tranzit gətirmələr deyil, yay fəslinin çox quraq keçməsi və ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Sağlam insanlar tozun normadan çox olmasından ciddi təsir görməsələr də, bir sıra xəstəlikləri olanlar üçün bu havada nəfəs almaq xeyli çətindir.
Allerqoloq Fəxri Hüseynov Publika.az-a açıqlamasında son günlər allergiyadan əziyyət çəkənlərin müraciətinin artdığını deyib: "Respitator sistemin allergik xəstəliklərindən əziyyət çəkən - allergik rinit, allergik bronxial astma xəstələrinə bu cür hava çox pis təsir edir. Bu xəstələr nəfəs alan zaman havadakı toz zərrəcikləri üst, hətta alt tənəffüs yollarına çatır. Astma xəstələrinin ağırlaşması, allergik-renik xəstələrində burun-gözdə qaşınma, asqırmalar, boğulmalara qədər ağırlaşa bilir. Son iki gündə bronxial astma xəsətlərinin müraciətləri artıb. Onlar əsasən, boğulmalar, tənəffüs ağırlaşmaları ilə müraciət edirlər. 5-6 ildir bronxial astmadan müalicə olunan xəstələrimizdən biri bu gün reanimasiya şöbəsinə yerləşdirilib. O, sadəcə havaya çıxıb və ağır boğulma ilə xəstəxanaya müraciət edib. Bu cür havalarda belə hallar çox olur.
Allerqoloq deyir ki, belə havada ən yaxşı məsləhət allergiyalı şəxslərin mümkün qədər açıq havaya çıxmamasıdır: "Bu xəstələr məcbur qalmadıqları halda açıq havaya çıxmamalıdırlar. Əgər küçəyə çıxmağa məcburdurlarsa, xroniki ağciyər və bronxial astma xəstələri tozlanmanın yüksək olduğu ərazilərdə xüsusi tənəffüs respiratorlardan istifadə etməlidirlər. Evdə olduqları zaman qapı-pəncərələri çox da açıq saxlamamalıdır. Bu zaman bronxial astma xəstələr nəfər aerozollarından mütəmadi istifadə etməlidirlər. Çünki bu cür havada həmin xəstələrin bronxial tutmaları, boğulmalar daha da ağırlaşır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Publika.az-a bildirib ki, bu cür hava ağciyərdə xəstəlilkləri yarada və bu xəstələrin vəziyyətini ağırlaşdıra bilər: "Vizual olaraq gözlə havada toz hissəcikləri görünür. Bu cür hava insanların nəfəs almasına təsir edir. Allergiya, gözün selikli qişanın iltihabı xəstəliyini yarada bilər. Bu cür havada xroniki ağciyər, bronxial astma xəstələri də diqqətli olmalıdırlar. Çünki tozlu hava ilə kontakt zamanı astmanın kəskinləşməsi baş verə bilər".

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3139   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel