Müsəlman qadınların qarşısında etdiyi bu hərəkəti BAŞINA BƏLA OLDU: donuz əti və...

Müsəlman qadınların qarşısında etdiyi bu hərəkəti BAŞINA BƏLA OLDU: donuz əti və...Məhkəmə İsveç vətəndaşını müsəlmanların qarşısında bekon (donuz ətindən yemək) yediyinə görə günahkar hesab edərək cərimələyib.
Sonxeber.az publika.az-a istinadən bildirir ki, ilk baxışdan səbəb absurd görünə və çoxları belə qərarla razılaşmaya bilər, lakin məsələnin təfərrüatına varınca qadınların hislərinin təhqir olunduğu məhkəmə tərəfindən sübut olunub.
"Bu nə absurd məhkəmə hökmüdür!", - "The Daily Mirror" qərar verməkdə tələsir... Ümumiyyətlə, qərb jurnalistləri qərarı yanlış kimi qələmə verməyə çalışırlar, amma hakimlər qanunu pozandan cəriməni almaq üçün tutarlı səbəblərə istinad ediblər.

Müsəlman qadınların qarşısında etdiyi bu hərəkəti BAŞINA BƏLA OLDU: donuz əti və...Hadisə 2015-ci ildə Stokholmda şəhərətrafı elektrik qatarında baş verib. 2 il sürən məhkəmə tolerantlığa qarşı laqeyd olan sərnişinə 1120 dollar cərimə kəsib, eyni zamanda, 3 zərərçəkmiş müsəlman qadın olmaqla, hər birinə 630 dollar kompensasiya ödənilməsinə dair qərar çıxarıb.
Şahidlərin sözlərinə görə, 52 yaşlı kişi vaqon-restoranda donuz əti ilə buterbrod sifariş edib, qəsdən üç müsəlman qadının qarşısında oturub və tələb edib ki, onlar da onun yeməyinə qoşulsunlar.

Müsəlman qadınların qarşısında etdiyi bu hərəkəti BAŞINA BƏLA OLDU: donuz əti və...Qadınlar qalmaqaldan qaçmağa çalışaraq, başqa masaya yerlərini dəyişiblər, amma bu, onlara kömək etməyib. Kişi yenidən onların əyləşdiyi masaya oturub, hərçənd vaqonda xeyli başqa boş yer var idi. O, açıq-aydın hərəkətləri ilə bildirirdi ki, müsəlmanlara nifrət edir. Onun qadınların arxasınca yerdəyişmələri müşahidə kamerasıyla qeydə alınıb. Təqdim olunmuş sübutlara əsasən, Attunda rayon məhkəməsi kişinin belə davranışını sərnişinlərin təhqir olunması kimi qiymətləndirib.
Beləliklə, qatarda qalmaqallı axşam yeməyi axmaq kişiyə baha başa gəlib. Halbuki, qidalanmaq üçün yemək seçimində onun azadlığını heç kəs məhdudlaşdırmırdı. Sakitcə, başqa dinin nümayəndələrinə tolerant və dözümlü yanaşaraq yeməyini yeyə bilərdi.

Dünyada   Baxılıb: 3092   Tarix: 08 sentyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az