"Məhz buna görə 3-cü dünya müharibəsi başlayacaq"
Kanadalı biznesmen, SpaceX-da icraçı (CEO) və texniki (CTO) direktor, Tesla Motors-da icraçı direktor (CEO) və SolarCity-nin sədri, Paypal, SpaceX, Tesla Motors və Zip2 şirkətlərinin qurucusu Elon Mask Süni Zəkanı inkişaf etdirmək rəqabətinin 3-cü dünya müharibəsinə səbəb olacağını açıqlayıb.
Sonxeber.az moderator.az-a istinadən xəbər verir ki, Elon Mask Rusiya preidenti Putinin süni zəkalar və dünya müharibəsi ilə bağlı şərhinə Twitter-dən cavab verib.
Mask Çin, ABŞ və Rusiya arasında süni zəka üçün davam edən rəqabətin 3-ci dünya müharibəsinin ortaya çıxma səbəbi olacağına inandığını deyib.
Mask 3-cü Dünya müharibəsinin bir dünya lideri tərəfindən deyil, AI, yəni süni zəka tərəfindən başladılacağına inandığını açıqlayıb. Məşhur sahibkar və elm adamı Mask eyni zamanda ABŞ və Şimali Koreya arasında intensivləşən mübahisələrə də Twitter üzərindən cavab verib.
ABŞ-ın ümumi mənada süni zəka və maşın istehsalında dünya lideri olduğu güman edilir. Bununla bərabər bu mövqeyi ələ keçirmək naminə digər ölkələr güclü bir yarışın içərisindədirlər.
Keçdiyimiz günlərdə Goldman Sachs tərəfindən edilən açıqlamada Çinin süni zəka inkişafında böyüməyi davam etdirəcəyi və yəqin ki, süni zəka yenilikləri mövzusunda 2030-ci ildə qlobal bir mərkəz olmağı qarşısına məqsəd qoyduğunu açıqlamışdı. Dərc olunan hesabata "Çinin AI gücü" adı verilmişdi. Hesabat 2030-ci ilə qədər Çinin 147,80 milyard dollarlıq AI sənayesi dövriyyə dəyərinə çatacağını bildirirdi.
Rusiya da eynilə Çin kimi AI inkişafı məsələsində ciddi bir addım prosesi içərisindədir. Rusiya eynilə Çin və ABŞ kimi hərbi məqsədlərlə uçan süni zəka dronları və uzun mənzilli raketlər istehsal edir.
Maskın cavab verdiyi müsahibəsində Putin AI inkişafına rəhbərlik edən ölkənin dünyanın hökmdarı olacağını açıqlamışdı. Ancaq Putin sözlərinə hər hansı bir millətin süni zəka məsələsində monopoliya olmasını istəmədiyinə də toxunmuşdu.
Mask Putinin bu sözlərinə istinadən keyfiyyətli açıqlamada bu 3 ölkə arasındakı rəqabətə istinad edərək 3-cü Dünya müharibəsinin əsas səbəbinin məhz Putinin işarə etdiyi kimi, AI monopoliyasına görə başlayacağını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl də Mask AI ilə bağlı Şimali Koreyadan belə böyük bir təhdid olduğunu açıqlamışdı. Mask bu mövqeyində tək deyil. Çinli Əlibaba firmasının sahibi Jack Ma da Maskın dediyi kimi, 3-cü Dünya müharibəsinin səbəbinin AI-lər olacağını vurğulayır. Jack Ma Çindəki AI-ni inkişaf etdirənlərdən biridir.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş