Azərbaycanlı İŞİD-çilərin arvadları: "İslam dövlətində çox yaxşı yaşayırdıq..."

Azərbaycanlı İŞİD-çilərin arvadları: "İslam dövlətində çox yaxşı yaşayırdıq..."Xəbər verildiyi kimi İraq təhlükəsizlik qüvvələri İŞİD-dən azad edilmiş Telafar şəhərində əsir düşmüş 1333 qadın və uşaqları qaçqın düşərgəsinə yerləşdirib. Bunlar Telafardan qovulmuş İŞİD-çilərin arvad-uşaqlarıdır. Onlar 14 ölkənin vətəndaşlarıdır və İraqın şimalındakı qaçqın düşərgəsində saxlanılır, aralarında xeyli azərbaycanlı da var.

İraq təhlükəsizlik xidmətinin əməkdaşları "Assosiated press" agentliyinə deyiblər ki, İŞİD-çilərin arvadları və uşaqları avqustun sonlarında əsir düşüblər. Məlumata görə İraq hakimiyyəti onları İŞİD-in törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyəcək və çox güman ki, gəldikləri ölkələrə deportasiya olunacaqlar.

"Biz öz dinimizə Azərbaycanda əmə edə bilmirdik. Çadra, niqab gəzdirə bilmirdik, çünki hər tərəfdə kəşfiyyat zabitləri dolaşırdı"-bunu agentliyə Dağıstandan olan və azərbaycanlı İŞİD-çiyə ərə gedən Feyruzə deyib.

İŞİD-çilərin qadınları deyir ki, kürd silahlı birləşmələrinə təslim olan ərlərinin taleyindən xəbərləri yoxdur. Kürd qruplaşmalarından birinin komandiri, general Kamel Harki isə deyib ki, Telafarda əsir götürülən yüzlərlə İŞİD-çidən bir qismi İraq hakimiyyətinə təhvil verilib, qalanları isə onları əsir götürən döyüşçülərə hücum etdiklərinə görə öldürülüb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən xarici ölkələrdə silahlı terror birləşmələrinin tərkibində döyüşənlər üçün 20 ilə qədər həbs cəzası nəzərdə tutulur. Son illər Suriya və İraqda İŞİD-in, digər radikal dini terror qruplaşmalarının tərkibində döyüşən Azərbaycan vətəndaşlarının bir çoxu həbs edilib, qanuna uyğun cəzalandırılıb. Çünki onlar potensial təhlükə mənbəyidir və İŞİD-in qəddar ideologiyasını Azərbaycanda da yaymağa, tətbiq etməyə cəhd edirlər.

Lakin İraqda əsir düşmüş azərbaycanlı İŞİD-çilərin "islam dövləti" barədə tərif yağdıran qadınlarının məsələsinə də ayrıca baxılmalıdır. Əgər İraq hakimiyyəti onları Azərbaycana deportasiya etsə Bakı bu qadınları, onların uşaqlarını qəbul edəcəkmi? Axı danışdıqlarından da görünür ki, onlar büsbütün İŞİD ideologiyasını mənimsəmiş və "şəriət qaydaları" ilə yaşamağı arzu edən, İŞİD-in kəsdiyi başlara haqq qazandıran insanlardır. O cümlədən onların böyütdükləri uşaqlar İŞİD ideologiyası ilə tərbiyə olunurlar və beyni bu cür zəhərlənmiş insanların Azərbaycana geri qəbul edilməsi gələcək terror təhlükələrinin əsasını qoya bilər.

mənbə: virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4392   Tarix: 11 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir daha bir rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimano

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021