Messi bu hərəkəti ilə yenidən gündəm oldu - VİDEO

Messi bu hərəkəti ilə yenidən gündəm oldu - VİDEO"Barselona"nın superulduzu Lionel Messi təkcə yaşıl meydanlardakı məharəti ilə kifayətlənmir. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu musiqi sahəsində də bacarığını nümayiş etdirib.

Belə ki, 30 yaşlı futbolçu piano arxasına keçərək, bu gün startı veriləcək Çempionlar Liqasının himnini səsləndirib. Leo almaniyalı bəstəkar Fridrix Hendelin əsərini təbəssümlə çalaraq, bir növ qitənin ən nüfuzlu turnirinin start ərəfəsində olduğuna işarə vurub.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu bu gün "Yuventus"a qarşı keçirəcək.

Siyasət   Baxılıb: 848   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR