Azərbaycanda 20 il uşağı olmadığına görə özünü öldürən qadının ərinə son sözləri ÜRƏK PARÇALADI: "Başqasının uşağı..."

Azərbaycanda 20 il uşağı olmadığına görə özünü öldürən qadının ərinə son sözləri ÜRƏK PARÇALADI: "Başqasının uşağı...""Hələ də anlaya bilmirəm ki, Solmazı özünü öldürməyə nə vadar edib".

Bunu AzNews.az-a açıqlamasında Gədəbəydə intihar edən 51 yaşlı qadının həyat yoldaşı Məhərrəm Məmmədov deyib. Onun sözlərinə görə, tərəflər bir-birini sevib ailə qurub:

"Amma Solmaz bu boyda sevgi olduğu halda məni həyatda tək-tənha qoyub getdi. Solmazla 20 ildir ki, evliyik. Bu müddətdə bir-birimizə can deyib yaşamışıq. Onun bu 20 ildə mənə qarşı münasibəti dəyişməyib. Heç vaxt da özünü öldürəcəyini deməyib. Evdə ov tüfəngi olub. Bu da mən evdə olmayanda qarın nahiyəsindən özünü vurub. Bir baxdım ki, zəng edib. Götürdüm, dedi ki, "Məhərrəm daha dözə bilmirəm, özümü güllə ilə vurmuşam". Mən tələsik evə gəldim. Bunu götürüb həkimə apardım".

Məhərrəm Məmmədov həyat yoldaşının özünün güllə ilə vurduğundan sonra 4 gün yaşadığını qeyd edib: "Hər gün yanına gedirdim. İynə-dərman aldım. Danışırdıq, amma özünü niyə öldürməsini demədi. Müstəntiq də gəlib ondan izahat aldı. Deyirdi ki, "uşağım olmur, istəmirəm yaşayam"".

Məhərrəm Məmmədov onu da əlavə edib ki, yaşadıqları illərdə uşaq götürmək istəyib, amma həyat yoldaşı buna razı olmayıb: "Solmaz istəmədi. Dedi ki, başqasının uşağı mənə lazım deyil. Son illər yaddaşı da yerində deyildi, gedib-gəlirdi. Ondan başqa heç kimim yoxdur".

Qeyd edək ki, hadisə Gədəbəyin Samanlıq kəndində qeydə alınıb. Kənd sakini Solmaz Məmmədova yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2552   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021