Faciəvi şəkildə öldürülən dünya çempionumuzun meyiti Bakıya gətirilir

Faciəvi şəkildə öldürülən dünya çempionumuzun meyiti Bakıya gətirilirRusiyanın Çelyabinsk vilayətində qətlə yetirilən Ramil Caniyevin cəsədi sentyabrın 14-də Azərbaycana göndəriləcək.
Bu barədə APA-nın Rusiya müxbirinə Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri, "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev bildirib.

Onun sözlərinə görə, mərhumun cəsədi artıq neçə gündür ki, morqdadır: "Sabah burada vida mərasimi keçiriləcək. Bu həftənin dördüncü günü isə Ramilin cəsədi dəfn olunmaq üçün vətənə - Cəlilabad rayonuna göndəriləcək".

Diaspor rəhbəri mərhumun Rusiya vətəndaşı olduğunu söyləyib: "Ramil Caniyevin atasıgil çoxdan Çelyabinskdə yaşayırlar. Mərhumun burada çoxlu qohum-əqrəbası var. Əmisi uşaqları da idmançıdırlar. Burada hər zaman Azərbaycanın bayrağını qaldırırlar. Onlar əslən Azərbaycanın Cəlilabad rayonundandırlar. Ramil də idmançı idi. Atasına işlərində kömək edirdi. Hamımız bu hadisədən şokdayıq. Ramilin heç kəslə konflikti yox idi. Onun qətlində şübhəli bilinən Eldəniz Bağırov isə Çelyabinskdə yaşayan deyil. Onu burada heç kəs tanımır, qohum-əqrəbası da yoxdur".

R. Quliyev qətldə şübhəli bilinən Eldəniz Bağırovun axtarışa verildiyini söyləyib: "Deyilənə görə, Ramillə Eldənizin arasında hadisədən bir həftə qabaq mübahisə olub. Heç kəs dəqiq deyə bilmir ki, mübahisə nə üstündə düşüb. Heç kəsin ağlına belə gəlmirdi ki, mübahisənin sonu belə olacaq".

Diaspor rəhbəri hadisədən sonra "OMON"-un Çelyabinskdəki "Bakinskiy dvorik" restoranına basqın etməsi ilə bağlı Rusiya KİV-də gedən məlumatlara da aydınlıq gətirib: "Ramil ölən günü camaat "Bakinskiy dvorik"də onun yas məclisinə yığılmışdı. Həmin gün də Çelyabinskdə "Şəhər günü" keçirilirdi. Polisə kimsə məlumat verib ki, guya ölən və öldürən tərəflər "Bakinskiy dvorik"də "razborka"ya yığışıb. "OMON" da bunun qarşısını almaq üçün restoranda əməliyyat keçirib".

R. Quliyev hüquq-mühafizə orqanlarının cinayət işi ilə bağlı araşdırma apardığını bildirib.

Qeyd edək ki, sentyabrın 8-də kik-boksinq üzrə dünya kubokunun qalibi, 1992-ci il təvəllüdlü Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində Ostrovski küçəsində yerləşən evinin həyətində güllələnib. Ağır yaralanan Caniyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2932   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən Qamət Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətində

23 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel