Yazıçılar Birliyindən bəyanat: Əxlaqsızlıq yuvaları axtarırlarsa…

Yazıçılar Birliyindən bəyanat: Əxlaqsızlıq yuvaları axtarırlarsa…Azərbaycan Yazıçılar Birliyi qalmaqallı "26" kafesi ilə bağlı bəyanat yayıb.

Sonxeber.az həmin bəyanatı təqdim edir:

"Uzun illərdir ki, Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. "Buranı bağlayacayıq, qoymayacayıq" və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.

Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan xəbərdar edilmiş media nümayəndələrinin iştirakı ilə keçirlirən bu basqın, reyder reysi?

Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini bədnam Bakı komissarları ilə əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma bu uydurma bəhanə ilə kimlərinsə coşub özündən çıxması, "asacağıq, kəsəcəyik" deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini yada salanda şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri həmişə erməni millətçiləri ilə mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın haqq işini müdafiə edən, erməni təcavüzünü, dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.

Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları, sadəcə, sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi cavaba münasibət bildirməmək də olmaz, çünki bu cavab, yumşaq şəkildə desək, yanlışlıqlarla doludur. Əvvəla, kafenin keçmiş adı Hacıbala müəllimin dediyi kimi "26-lar" yox, "26"dır. İkincisi, kafenin adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, hotelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi, "Xanımlara qəlyan çəkmək pulsuzdur" ifadəsi buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə müştəri axtaran həqiqi pozğunları yığışdırsınlar.

Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu, çox sadə izah olunur. Sentyabrın 8-də "Yeni Müsavat" qəzetində Bakının bir küçəsinin fotoşəkli verilmişdi. Küçə "26 Bakı komissarı" (!) adlanır. Özü də Sabunçu rayonundadır.

Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək, bax, budur və elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu "26" kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kampaniyanın təşkilatçıları çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə dərhal geniş material həsr olunub və həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün heyif çıxırlar.

Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz "cəmiyyət nümayəndələrinin" əlüstü "ovçularla" həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?

Hacıbala müəllim iddia edir ki, "Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu Natəvan klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan "26-lar kafesi"nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir".

Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi, üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi, onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz barelyefini də görərdi.

Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi, onu da bilərdi ki, mənhus 37-ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar İttifaqı da o vaxtdan bu binaya köçüb). Axı nə qədər yanlış sözlər deyib, onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin – Məmməd Arifin yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala müəllimdən xahiş edirik.

Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında donos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkülər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək, bu təşkilatı və ayrı-ayrı görkəmli yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda var-dövləti, nə yüksək vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.

Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq".
mənbə:oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2269   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Crocus"da ölənlərdən biri TANINMIŞ İMİŞ - FOTO

Martın 22-si "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı "Miss Tver 2001" titulunun qalibi Yekaterina Novoselova həlak olub. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə " onun yaxınlarına istinadən məlumat yayıb. 42 yaşlı Novoselovanın adı Moskva vilayətini

24 mart
.

Göyçayda hamilə qadın üçəmini itirdi

Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib. -ın əldə etdiyi məlumata görə, 22-23 həftəlik hamilə olan Ayşə Məhərəmova mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasın

23 mart
.

Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib. Bu barədə "Unikal"a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib. O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli ev

24 mart
.

Polisin keçirdiyi əməliyyat zamanı 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 24 kiloqramdan artı

24 mart
.

Zaqatalaya 44 sm qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Martın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 44 sm, Şahdağda 31 sm, Qrızda 3 sm olub. Düşən yağıntını

24 mart
.

Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bak

23 mart
.

"Crocus City Hall"da yalın əllə terrorçunu zərərsizləşdirən şəxs danışdı

Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb. O qeyd edib ki, hadisə vaxtı "Crocus City Hall"da həyat yoldaşı ilə birgə olub. "Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşət

23 mart
.

Yeni Günəşlidə evdən 2000 dollar apardılar - YAXALANIB

Yeni Günəşlidə oğurluq hadisəsi olub. DİN-in mətbuat xidmətindən -a verilən məlumata görə, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 200 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlu

24 mart
.

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxara

24 mart